Son xəbərlər
24 MAY
23 MAY
SOSİAL

İlin ilk iki ayı ərzində Azərbaycanda 23 min 400 körpə doğulub

<b>İlin ilk iki ayı ərzində Azərbaycanda 23 min 400 körpə doğulub</b>

Cari ilin ilk iki ayı ərzində Azərbaycanda 23 min 400 körpə doğulub

Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici dəyişməyərək əhalinin hər 1000 nəfərinə eyni səviyyədə (14,7) qalıb. Doğulan körpələrin 53,5 faizi oğlan, 46,5 faizi isə qız uşaqlarıdır. Körpələrin 516-sı əkiz, 15-i isə üçəmdir.
Bu barədə AZƏRTAC-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Məlumata görə, yanvar-fevral aylarında ölkədə 10 min 248 ölüm halı qeydə alınıb. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə azalaraq əhalinin hər 1000 nəfərinə 6,6-dan 6,4-ə enib.