Son xəbərlər
24 MAY
23 MAY
HADİSƏ

Azərbaycanla Rusiyanın hesablama palataları videokonfrans keçirib

<b>Azərbaycanla Rusiyanın hesablama palataları videokonfrans keçirib</b>

Azərbaycan və Rusiyanın hesablama palatalarının nümayəndələri arasında videokonfrans formatında "Dövlət auditində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi" mövzusunda ikitərəfli seminar keçirilib. Tədbirdə Rusiyanın 60-dək regional hesablama palatasının təmsilçiləri də müşahidəçi statusunda iştirak edib.
Hesablama Palatasının mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, videokonfransda kənar dövlət auditi prosesinin avtomatlaşdırılması, dövlət auditinin informasiya sisteminin yaradılması, audit prosesində, o cümlədən məlumat bazasının işlənib-hazırlanmasında məlumat-texniki vasitələrinin tətbiq edilməsi məsələləri üzrə müzakirələr aparılıb.
Azərbaycanın Hesablama Palatasını videokonfransda icmal-analitik şöbənin müdiri Vəfa Mütəllimova, dövlət büdcəsi gəlirlərinin auditi şöbəsinin müdiri Cavid Bayramov, beynəlxalq əməkdaşlıq və informasiya texnologiyaları şöbəsinin müdiri Hilal Hüseynov təmsil ediblər. Beynəlxalq əməkdaşlıq və informasiya texnologiyaları şöbəsinin müdiri Hilal Hüseynov təqdimatında Azərbaycan Hesablama Palatasında dövlət auditində informasiya sisteminin yaradılması prosesi haqqında ətraflı məlumat verib.
Sonda qabaqcıl təcrübənin öyrənilməsi məqsədilə qeyd edilən mövzu üzrə tərəflər arasında əməkdaşlığın davam etdirilməsi barədə razılığa gəlinib.