Son xəbərlər
24 MAY
23 MAY
HADİSƏ

Avtomobildə gizlədilən spirtli içkilər və siqaretlər aşkarlanıb

<b>Avtomobildə gizlədilən spirtli içkilər və siqaretlər aşkarlanıb</b>

Gömrükçülər avtomobildə gizlədilən spirtli içkilər və siqaretlər aşkarlayıblar

Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn, Azərbaycan vətəndaşının idarə etdiyi "Opel Vectra" markalı avtomobil Əməliyyat və Təhqiqat İdarəsinin əməliyyat şöbəsinə daxil olan məlumat əsasında saxlanılıb və sürücüsü şifahi sorğu-sual edilib. Sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib. Daha sonra avtomobilə gömrük baxışı keçirilib. Nəticədə avtomobilin ön oturacaqlarının arxasında və yük hissəsinin örtüyünün altında 2000 ədəd "Gold Marlboro" markalı siqaret və 8 ədəd bir litrlik "Nemiroff Delikat" markalı spirtli içki aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.