Son xəbərlər
24 MAY
23 MAY
DÜNYA

Türkiyə Yəmənin keçmiş prezidenti və husi qiyamçılarının liderlərinə sanksiya tətbiq etdi

<b>Türkiyə Yəmənin keçmiş prezidenti və husi qiyamçılarının liderlərinə sanksiya tətbiq etdi</b>

Yəmənin keçmiş prezidenti Əli Abdullah Saleh də daxil olmaqla yəmənli 5 nəfərin Türkiyədəki əmlakı dondurulub

“Hurriyet” xəbər verir ki, bununla bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qərar imzalayıb. Qərar BMT Təhlükəsizlik Şurasının 2140 (2014-cü il), 2216 (2015), 2402 (2018) və 2456 (2019) saylı qətnamələrinə əsasən qəbul olunub. Türkiyənin sanksiya tətbiq etdiyi şəxslər aşağıdakılardır:
Abd əl Xaliq əl-Husi – Husi qiyamçılarını başçısı. 1984-cü ildə anadan olub.
Abdullah Yəhya əl-Hakim – husilərin ikinici komandiri.
Əli Abdullah Saleh – Yəmənin keçmiş prezidenti, Yəmən Xalq Konqresi Partiyasının sədri. 1945-ci ildə doğulub.
Əbdülmalik əl-Husiə. Əhməd Əli Abdullah Saleh – keçmiş səfir və keçmiş briqada generalı. 1972-ci ildə doğulub.
Xatırladaq ki, Əli Abdullah Saleh 1942-ci il martın 21-də Yəmənin Səna şəhərinin Beyt əl-Əhmər rayonunda anadan olub, Zeydi-Haşid qəbiləsindəndir.
Qeyd edək ki, 2019-cu il fevralın 26-da da Yəmənin bəzi tanınmış şəxslərinə sanksiya tətbiq edilmişdi. Əli Abdullah Saleh 1962-ci ildə ölkədə monarxiya üsul-idarəsinin devrilməsindən sonra respublikaçıların cərgələrinə qoşulub. 1967-ci ilin dekabrında krala bağlı silahlı qüvvələrin Səna şəhərini mühasirəyə almalarına baxmayaraq, onu ələ keçirə bilməyiblər. 1967-ci ildə Əli Abdullah Saleh radikal solçu İnqilabçı Demokrat Partiyasının həmtəsisçisi kimi siyasi fəaliyyətlə məşğul olmağa başlayıb. 1974-cü il hökumət çevrilişində iştirak edən Salehin köməyi ilə polkovnik İbrahim əl-Həmdi hakimiyyətə gətirilib. Bununla belə ərəb dünyasının ən proqressiv liderlərindən sayılan İbrahim əl-Həmdiyə başlatdığı islahatları başa çatdırmaq müyəssər olmayıb. 1977-ci ildə törədilən sui-qəsd nəticəsində həyatını itirib. Ondan sonra Əhməd əl-Həşmi president seçilib və o, Salehi ölkənin ikinci böyük şəhəri Taizzin hərbi qubernatoru təyin edib.
1978-ci il iyun ayının 24-də ölkə prezidenti Əhməd Hüseyn əl-Həşminin sui-qəsd nəticəsində öldürüldükdən sonra Müvəqqəti Prezidentlik Şurasına üzv seçilən Əli Abdullah Saleh iyulun 17-də keçirilən səsvermə nəticəsində səslərin əksəriyyətini toplayaraq, Şimali Yəmən Respublikasının prezidenti və ölkənin Silahlı Qüvvələrinin Ali Baş komandanı seçilib.
1982-ci ilin avqustunda isə o, ölkənin məşvərətçi orqanı sayılan və 8 il sonra siyasi partiyaya çevriləcək Ümumxalq Konqresinin baş katibi seçilib.1990-cı ildə Saleh Küveytə soxulan Səddam Hüseyni dəstəkləsə də İraq qoşunlarının əmirlikdən çıxarılmasından sonra Yəmənin digər ərəb ölkələri ilə münasibətləri pisləşib.
2005-ci ildə Əli Abdullah Saleh ölkədə keçiriləcək növbəti prezident seçkilərində iştirak etməyəcəyini bəyan etsə də bir il sonra vədinə xilaf çıxıb və 77,17 faiz səs toplayaraq, yenidən Yəmən prezidenti olub. 2011-ci ilin yanvar-fevral aylarında Tunis və Misirdə başlayan, daha sonra isə Liviyaya sıçrayan xalq inqilablarından sonra növbə Yəmənə gəlib çatıb və nümayişçilər Əli Abdullah Salehin istefası tələbi ilə yürüş və mitinqlər keçirib. Yəmən təhlükəsizlik qüvvələrinin xalqa atəş açması nəticəsində isə 100-dən çox yəmənli həyatını itirib. Prezident 2011-ci ilin sonunadək istefa verməyə hazır olduğunu bildirərək, hökuməti istefaya göndərsə də nümayişlər səngiməyib.
Əli Abdullah Saleh Səudiyyənin dəstəyi ilə husilərə qarşı 5 dəfə muharibəyə girib. 2015-ci ilin əvvəlində Yəməndə “Ənsarullah”ın (husilər) paytaxt Sənanı ələ keçirməsindən sonra onlarla ittifaqa girib. 2017-ci ilin dekabrında Əli Abdullah Saleh və onun partiyası əhalini Yəməndə husilərə qarşı üsyan etməyə çağırmışdı. Keçmiş prezident daha sonra artıq husilərlə rəsmi tərəfdaş olmadığını bildirmişdi.