Son xəbərlər
24 MAY
23 MAY
SOSİAL

“Piylənmənin idarə olunmasında ən yeni tendensiyalar” mövzusunda elmi-praktik konfrans keçirilir

<b>“Piylənmənin idarə olunmasında ən yeni tendensiyalar” mövzusunda elmi-praktik konfrans keçirilir</b>

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) ilə Nutrisiologiya, Diyetologiya və Piylənmənin Profilaktikası Akademiyasının (Academy of Nutrition, Dietetics and Obesity Prevention, ANDOP) birgə təşkil etdiyi “Piylənmənin idarə olunmasında ən yeni tendensiyalar” mövzusunda elmi-praktik konfrans keçirilir.
AZƏRTAC xəbər verir ki, konfrans EASO (European Association for the Study of Obesity – Piylənmənin Tədqiqi üzrə Avropa Assosiasiyası) üzvlərinin, o cümlədən dünyada piylənmənin idarə olunması sahəsində son elmi araşdırmalar aparmış professor və aparıcı mütəxəssislərin iştirakı ilə təşkil edilib.
Elmi-praktik konfransın əsas məqsədi EASO üzv ölkələrin həkimlərini piylənmənin profilaktikası və müalicəsində ən yeni istiqamətlər ilə tanış etmək, bu sahədə əldə edilən təcrübələrin bölüşdürülməsidir.
Konfransda piylənmənin profilaktikası, bariatrik və metabolik cərrahiyyəyə göstərişlər və əməliyyat növləri, uşaq piylənməsi, piylənmənin farmakoterapiyası, piylənmə ilə mübarizədə ixtisaslaşmış mərkəzlərin yaradılması, sübutlara əsaslanan fiziki aktivlik tövsiyələri və digər mövzularda beynəlxalq və yerli ekspertlərin mühazirələri dinlənilir.
Konfransın fəal iştirakçılarına sertifikatlar və hədiyyələr təqdim olunacaq.