Son xəbərlər
24 MAY
23 MAY
SOSİAL

Aİİ-nin rektoru istehsalat təcrübəsi keçən tələbələrlə görüşüb

<b>Aİİ-nin rektoru istehsalat təcrübəsi keçən tələbələrlə görüşüb</b>

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) tələbələri aprelin 15-dən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) istehsalat təcrübəsi keçirlər

Aİİ-dən AZƏRTAC-a bildirilib ki, istehsalat təcrübəsi keçən tələbələrlə görüşdə rektor Ceyhun Məmmədov dövlət tərəfindən gənclərə göstərilən diqqət və qayğıdan danışıb. O, ali təhsil müəssisəsində tədris prosesi ilə yanaşı, tələbələrin intellektual səviyyəsinin, mənəvi dünyasının zənginləşdirilməsi yönündə ardıcıl dəyirmi masalar, treninqlər, seminarlar və görüşlər keçirildiyini qeyd edib. C.Məmmədov istehsalat təcrübəsinin tələbələrin həyatında mühüm və məsuliyyətli bir mərhələ olduğunu nəzərə çatdırıb. Tələbələrə uğurlar arzulayan rektor təcrübə müddətində məsuliyyətli olmağı və yaradılan şəraitdən səmərəli faydalanmağı tövsiyə edib.
İlahiyyat fakültəsinin dekanı Mirniyaz Mürsəlov institutda tələbələrin yiyələndikləri nəzəri bilikləri möhkəmləndirmək, dərinləşdirmək və sonrakı əmək fəaliyyətində istifadəsini təmin etmək üçün istehsalat təcrübəsinin önəmli olduğunu vurğulayıb. Təcrübə müddətində gənclərə yaradılan şərait, iş mühiti, əsas fəaliyyət imkanları haqqında məlumat verilib.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, tələbələrin istehsalat təcrübəsi mayın 25-də başa çatacaq.