Son xəbərlər
24 MAY
23 MAY
HADİSƏ

Fransa ötən il 9 milyard avro həcmində silah ixrac edib

<b>Fransa ötən il 9 milyard avro həcmində silah ixrac edib</b>

Fransada silah ixracatının həcmi 2018-ci ildə 9 milyard avroya çatıb

AZƏRTAC xəbər verir ki, bunu Fransa Silahlı Qüvvələri naziri Florans Parli CNews telekanalına müsahibəsində deyib. “2018-ci ildə silah ixracatının həcmi təxminən 9 milyard avro təşkil edib, 2017-ci ildə isə bu göstərici 7 milyard avroya bərabər olub. Yəni, biz 30 faizlik artıma nail olmuşuq”, - deyə qadın nazir bildirib.
Bununla yanaşı, Florans Parli qeyd edib ki, Fransanın silah ixracatından daha çox gəlir əldə etdiyi vaxtlar da olub. 2016-cı ildə onlarla “Rafale” təyyarəsinin çatdırılmasına dair Hindistanla imzalanan müqavilə sayəsində ixracatın həcmi 10 milyard avronu keçmişdi.
Hərbi nazir, həmçinin yaxın vaxtlarda qurumun parlamentə silah ixracatı ilə bağlı məruzə təqdim edəcəyini də bildirib.