Son xəbərlər
20 MAY
17 MAY
16 MAY
İQTİSADİYYAT

Fiziki şəxslərin problemli kreditləri ilə bağlı müraciətlərə hansı müddətdə baxılacaq?

<b>Fiziki şəxslərin problemli kreditləri ilə bağlı müraciətlərə hansı müddətdə baxılacaq?</b>

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti tərəfindən 28 fevral 2019-cu il tarixində təsdiq edilmiş “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmandan irəli gələn müraciətlərin araşdırılması məqsədi ilə Maliyyə Bazarlarına Nəzarət Palatasında Apellyasiya Komissiyası yaradılıb.
Palatadan verilən məlumata görə, fəaliyyətə başladığı dövrdən Apellyasiya Komissiyasına çoxsaylı müraciətlər daxil olmaqdadır. Bildirilir ki, daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb olunduqda 30 iş günü müddətində baxılır.
Müraciətə baxılması üçün əlavə məlumatların əldə edilməsi və ya aidiyyəti üzrə sorğu göndərilməsi tələb edilən hallarda isə bu müddət 30 iş günü uzadıla bilər.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv