Son xəbərlər
20 MAY
17 MAY
16 MAY
HADİSƏ

Nazirlik Sabirabadda körpə ölümü ilə bağlı: Həkim səhlənkarlıq edibsə, məhkəmə qarşısında cavab verəcək

<b>Nazirlik Sabirabadda körpə ölümü ilə bağlı: Həkim səhlənkarlıq edibsə, məhkəmə qarşısında cavab verəcək</b>

Səhiyyə Nazirliyi Sabirabad Perinatal Mərkəzində İmişli rayon sakini Mürsəlova Nurdan Telman qızının yenidoğulan körpəsinin həkim səhlənkarlığı nəticəsində ölməsi ilə bağlı iddialara münasibət bildirib

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, ölümlə bağlı məhkəmə tibbi ekspertizanın verdiyi rəydən sonra hüquq-mühafizə orqanları işi araşdıracaqlar:
"Bu barədə məlumatı da onlar verməlidirlər. Əgər həkim səhlənkarlığı varsa, həkim məhkəmə qarşısında cavab verəcək".
Qeyd edək ki, İmişli rayon sakini Mürsəlov Mirəziz Mirağa oğlu İmişli Rayon Polis Şöbəsinə yeni doğulmuş nəvəsinin ölümü ilə əlaqdar müraciət edib. Şikayətçi nəvəsinin həkim səhlənkarlığından dünyasını dəyişdiyini iddia edib.
Faktla bağlı İmişli Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv