Son xəbərlər
20 MAY
17 MAY
16 MAY
HADİSƏ

Gürcüstandan Azərbaycana qanunsuz yolla keçirilən siqaretlər aşkarlanıb

<b>Gürcüstandan Azərbaycana qanunsuz yolla keçirilən siqaretlər aşkarlanıb</b>

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn, Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "VAZ-21099" markalı avtomobil Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında saxlanılıb və sürücüsü şifahi sorğu-sual edilib.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib. Lakin gömrük yoxlaması zamanı avtomobilin salonunda və yük yerində gizlədilən "King" markalı 2960 ədəd siqaret aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv