Son xəbərlər
27 MAY
26 MAY
25 MAY
24 MAY
23 MAY
İQTİSADİYYAT

Nazir: Azərbaycanda yük daşımalarının həcminin artması iqlimə təsir göstərir

<b>Nazir: Azərbaycanda yük daşımalarının həcminin artması iqlimə təsir göstərir</b>

Müstəqillik əldə etdikdən sonra Azərbaycan tullantıların idarə olunmasına və ətraf mühitin müdafiəsinə xüsusi diqqət ayırmağa başladı

Bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev SOCAR-ın IV beynəlxalq “Xəzər və Mərkəzi Asiya: Neft emalı, Neft-kimya, Ticarət, Logistika” beynəlxalq forumunda deyib.
Nazir bildirib ki, Azərbaycanda sənaye istehsalı 170 il əvvəl başlayıb və bu da ölkənin ətraf mühitinə və iqliminə təsir göstərir.
M.Babayev qeyd edib ki, ildən-ilə Azərbaycan ərazisindən yük daşımaları təkcə qonşu ölkələrdən deyil, həm də “Bir kəmər, bir yol” çərçivəsində Çin, Yaponiya, Cənubi Koreya və digər ölkələrdən artır. Bu da iqlimə təsirini göstərir.