Son xəbərlər
20 MAY
17 MAY
16 MAY
HADİSƏ

Üzünü it parçalayan uşağın nənəsi: Sulutəpədə küçə heyvanları sürü şəklində gəzir

<b>Üzünü it parçalayan uşağın nənəsi: Sulutəpədə küçə heyvanları sürü şəklində gəzir</b>

4 yaşlı Hüseyn həyətdə digər uşaqlarla oynayarkən it ona hücum edib

Bunu Trend-ə Bakının Binəqədi rayonunun Sulutəpə qəsəbəsində üzünü it parçalayan 4 yaşlı uşaq - 2015-ci il təvəllüdlü Məmişov Hüseyn Qismət oğlunun nənəsi Nəzakət Novruzova deyib.
Onun sözlərinə görə, həyətyanı sahələr hasarlanmadığı üçün it həyətə daxil olub və burda oynayan uşaqlara hücum edib:
“İt uşağı həyətdə yıxaraq sürüyüb. Yanağını və gözünün üstünü qoparıb. Nəvəmi təcili xəstəxanaya çatdırdıq. Onun üzərində üç saata yaxın əməliyyat aparıldı. Məni o narahat edir ki, Sulutəpədə küçə heyvanları sürü şəklində gəzir”.
N.Novruzova bildirib ki, hadisə günorta saatlarında baş verib. Həyətdə oynayan digər uşaqlar ərazidən tez uzaqlaşdıqları üçün heç bir xəsarət almayıblar.
Xatırladaq ki, itin hücumuna məruz qalan H.Məmişov yanaq nahiyəsindən xəsarət alıb. Məlumata görə, it quduz olduğu üçün uşağın üzünü parçalayan kimi ölüb. Təcili Xocahəsən xəstəxanasına çatdırılan uşaq oradan da Bakıya 1 saylı Klinik xəstəxanaya aparılıb.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv