Son xəbərlər
26 MAY
25 MAY
24 MAY
23 MAY
DÜNYA

Nazarbayevdən təklif: Tokayevin prezidentliyə namizədliyi irəli sürülsün

<b>Nazarbayevdən təklif: Tokayevin prezidentliyə namizədliyi irəli sürülsün</b>

Qazaxıstanın ilk Prezidenti, Nur Otan Partiyasının sədri Nursultan Nazarbayev iyunun 9-da keçiriləcək prezident seçkilərində hakim partiyadan Kasım-Jomart Tokayevin namizədliyinin irəli sürülməsini təklif edib

Trend-in məlumatına görə, N.Nazarbayev partiyanın XIX növbədənkənar qurultayında K.Tokayevi çoxdan tanıdığını, onunla uzun illərdir birgə işlədiyini bildirib: "Hesab edirəm ki, o, ən layiqli namizəddir".
Qeyd edək ki, ölkəyə 30 ilə yaxın müddətdə rəhbərlik edən N.Nazarbayev martın 20-də istefa verib. Bundan əvvəl Senatın sədri olan K.Tokayevin prezident səlahiyyətləri 2020-ci ildə başa çatır. K.Tokayev növbədənkənar prezident seçkilərinin iyulun 9-da keçiriləcəyini bəyan edib.