Son xəbərlər
27 MAY
26 MAY
25 MAY
24 MAY
23 MAY
İQTİSADİYYAT

Nazir: Türkiyə və Azərbaycan birgə vaqon istehsal edəcəklər

<b>Nazir: Türkiyə və Azərbaycan birgə vaqon istehsal edəcəklər</b>

Türkiyə və Azərbaycan Bakı-Tbilisi-Qars layihəsi çərçivəsində dəmiryol vaqonlarının istehsalı üzrə birgə müəssisə yaradacaqlar

Trend-in məlumatına görə, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Mehmet Cahid Turxan deyib.
O, birgə müəssisənin Azərbaycanda yaradılacağını bildirib.
Nazir əlavə edib ki, artıq müəssisənin tikiləcəyi əraziyə baxış keçirilib.
Qeyd edək ki, bundan əvvəl "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov Azərbaycan və Türkiyənin dəmiryol vaqonlarının birgə istehsalı məsələsinə baxdığını demişdi. Onun sözlərinə görə, birgə istehsalatın Sumqayıt Texnologiyalar Parkında təşkil edilməsi planlaşdırılır.