Son xəbərlər
26 MAY
25 MAY
24 MAY
23 MAY
SOSİAL

Səhiyyə Nazirliyi: Bu il iki nəfər quduzluqdan ölüb

<b>Səhiyyə Nazirliyi: Bu il iki nəfər quduzluqdan ölüb</b>

Bu il Azərbaycanda iki nəfər quduzluqdan dünyasını dəyişib

Trend-in məlumatına görə, bunu Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyib.
Onun sözlərinə görə, hər iki hal it dişləmiş insanların vaxtında və düzgün vaksinasiya edilməməsi nəticəsində baş verib: "Quduzluq halları o halda baş verir ki, insanlar peyvəndə etinasız yanaşır. Bu il öz həyətindəki itin cırmaqladığı şəxslərdən biri vaksinasiya üçün müraciət etməyib. Digər şəxs isə 3 vaksin vurdurduqdan sonra onu davam etdirməyib. Nəticədə hər iki hal ölümlə sona çatıb".
Direktor müavini qeyd edib ki, sahibsiz itlərin sayı həddindən artıq artıb: "İnsanlar heyvan dişləmələri zaman ərazi üzrə poliklinikalara müraciət etməli və müalicə olunmalıdırlar".