Son xəbərlər
27 MAY
26 MAY
25 MAY
24 MAY
23 MAY
İQTİSADİYYAT

“Azərenerji” ASC-də Yaponiyanın Azərbaycandakı səfiri ilə görüş keçirilib

<b>“Azərenerji” ASC-də Yaponiyanın Azərbaycandakı səfiri ilə görüş keçirilib</b>

Baba Rzayevin başçılıq etdiyi “Azərenerji” ASC-nin nümayəndə heyəti ilə Yaponiya dövlətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Teruyuki Katorinin başçılıq etdiyi nümayəndə heyəti arasında görüş olub

ASC-dən verilən məlumata görə, “TEPSCO” şirkətinin Baş direktoru Funahashi Nobuyuki və həmin şirkətin Bakıda inşa edilən “Şimal-2” layihəsinin meneceri Sato Mitsuyuki və başqa nümayəndələrin iştirak etdiyi görüşdə əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri, o cümlədən yeni generasiya layihələri barədə müzakirələr aparılıb.