Son xəbərlər
24 MAY
23 MAY
TÜRK DÜNYASI

Prezident Administrasiyası: Ermənistanın Türkiyəyə təzyiq cəhdləri uğursuzluğa məhkumdur

<b>Prezident Administrasiyası: Ermənistanın Türkiyəyə təzyiq cəhdləri uğursuzluğa məhkumdur</b>

Ermənistanın və erməni diasporunun bir sıra qərb ölkələrinin parlamentləri vasitəsilə Türkiyəyə təzyiq cəhdləri uğursuzluğa məhkumdur

Bunu Trend-ə özəl olaraq Türkiyə Prezidenti Administrasiyasından deyiblər.
Məlumatda qeyd olunur ki, Ermənistan qondarma “soyqırımı” barədə uydurmaları ilə Türkiyəyə təzyiq göstərmək iqtidarında deyil.
Administrasiyadan bildiriblər ki, Ermənistan 1915-ci il hadisələrinin “erməni soyqırımı” olması barədə heç bir sübut təqdim edə bilmir:
“Bir sıra qərb ölkələrinin parlamentlərinin 1915-ci il hadisələrinin “erməni soyqırımı” kimi qəbul etməsi, o hadisələr barədə həqiqətin aşkar olunmasına mane olur”.