Son xəbərlər
26 MAY
25 MAY
24 MAY
23 MAY
SOSİAL

DİM qabiliyyət imtahanlarında edilən dəyişiklikləri açıqlayıb

<b>DİM qabiliyyət imtahanlarında edilən dəyişiklikləri açıqlayıb</b>

Dövlət İmtahan Mərkəzi (DİM) 2019/2020-ci tədris ili üçün qabiliyyət imtahanlarının müsabiqə şərtlərində olacaq bəzi dəyişiklikləri açıqlayıb

Mərkəzin mətbuat xidmətindən verilən məlumata görə, ödənişli və dövlət sifarişli ixtisaslar üzrə müsabiqədə iştirak etmək üçün qoyulan tələblər eynidir. V qrupun ixtisasları üzrə qəbul (cari ilin məzunları üçün buraxılış) imtahanında topladığı ümumi balı 60, qabiliyyət imtahanının yekun nəticəsi balla qiymətləndirilən ixtisaslar üzrə qiyməti 6, məqbulla qiymətləndirilən ixtisaslar üzrə isə qiyməti məqbul olan abituriyentlər müsabiqəyə buraxılırlar.
Bundan əlavə, dizayn ixtisası “Təsviri sənət” istiqamətinə daxil edilib. Bu ixtisas üzrə qabiliyyət imtahanlarında abituriyentlərə imtahan tapşırıqları və imtahan fənləri üçün sərbəst seçim imkanı verilib.
Abituriyentlər 1-ci rəsm imtahanında iştirak etməlidirlər. Rəsm imtahanında abituriyentə çəkmək üçün antik baş və ya ornament olmaqla 2 tapşırıq təklif ediləcək. O, çəkəcəyi tapşırığı qeydiyyatdan keçərkən seçməli və imtahanda həmin tapşırığı işləməlidir. Rəsm imtahanından müsbət (5 və daha çox) qiymət almış abituriyentlər 2-ci imtahan (rəsmxət və ya kompozisiya fənlərindən 1-i olmaqla) verməlidirlər. 2-ci imtahanı hansı fənn üzrə verməsi üçün də abituriyentlərə sərbəst seçim imkanı verilib. Belə ki, onlar qeydiyyatdan keçən zaman 2-ci imtahanı hansı fənn üzrə (rəsmxət və ya kompozisiya) vermək istədiyini qeyd etməlidirlər.
Dizayn ixtisası üzrə qabiliyyət imtahanları Bakı və Gəncə şəhərlərində keçiriləcək. Bu ixtisas üzrə Gəncədə keçiriləcək qabiliyyət imtahanının fənləri rəsm və rəsmxət olacaq. Dizayn ixtisası üzrə qabiliyyət imtahanının yekun nəticəsi məqbulla qiymətləndirilir.
Bu il orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qabiliyyət imrtahanlarında bəzi yeniliklərin tətbiq edilməsi nəzərdə tutulub.
Belə ki, bu il ilk dəfə olaraq “Musiqi sənəti” istiqamətinin müvafiq ixtisasları üzrə musiqi nəzəriyyəsi və solfecio fənnindən imtahanlar test üsulu ilə keçiriləcək. İmtahanın nəticəsi 30 ballıq şkala ilə qiymətləndiriləcək. 15 və daha yüksək bal toplamış abituriyentlərin nəticəsi məqbul hesab ediləcək.
Qeyd edək ki, DİM ilk dəfə olaraq, bu il ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq istəyənlər üçün “Xüsusi qabiliyyət imtahanları” jurnalının 1-ci nömrəsini nəşr edib. "Abituriyent" jurnalının xüsusi buraxılışı olan bu nəşrdə ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarının yığcam xarakteristikası, ixtisaslar üzrə kadr hazırlığı aparan təhsil müəssisələri haqqında məlumat, bu ixtisaslar üzrə müsabiqə şərtləri, qabiliyyət imtahanlarının proqramları, qiymətləndirmə meyarları, imtahanlara hazırlıqla bağlı tövsiyə və məsləhətlər, tapşırıq nümunələri, çalışmalar, əyani vəsaitlərdən reproduksiyalar, şəkillər, cədvəllər, normativlər, bir sözlə, xüsusi qabiliyyət tələb edən ixtisasları seçənlərin marağına uyğun olan, suallarına aydınlıq gətirən, imtahanlara hazırlaşmalarına fayda verə bilən ən zəruri materiallar əksini tapıb.
Yaxın günlərdə “Xüsusi qabiliyyət imtahanları” jurnalının 2-ci nömrəsi də nəşr ediləcək. Həmin jurnal orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına həsr ediləcək və bu nəşrdə ixtisaslar üzrə bütün zəruri materiallar öz əksini tapacaq.