Son xəbərlər
26 MAY
25 MAY
24 MAY
23 MAY
DÜNYA

Marşal Həftarın Tripoliyə ləngiyən qələbə hücumu...

<b>Marşal Həftarın Tripoliyə ləngiyən qələbə hücumu...</b>

Feldmarşal Həftar piyadanı hərəkətə gətirib və Liviya paytaxtı Tripoliyə “ikinci hücum”a başlayıb

Onun ordusu böyük şəhərlərin bəzən illərlə çəkən uğurlu mühasirəsi təcrübəsinə malikdir. Lakin Həftar qabaqlar Benqazi, ya da Dərna şəhərlərini götürəndə işlətdiyi üsulları Tripolidə təkrar edə bilməz. Hər halda, marşal paytaxtın hansı şəkildə basılmasına güvənir?
“Strateq” vz.ru-ya istinadən yazır ki, Feldmarşal Xəlifə Həftarın Liviya Milli Ordusu (LMO) Tripoliyə ikinci hücum haqda bildirib. LMO təmsilçisi, briqada generalı Əhməd əl-Mismari Liviyanın “Al- Wasat” portalına məlumat verib ki, “LMO ərazilərin təhlükəsizliyini təmin edib və MHH-nin (baş nazir Faiz Sarac başda olmaqla Milli Həmrəylik Hökuməti) əsas və ikinci dərəcəli mövqelərini müəyyən edib, bundan sonra artıq piyadaları işlətməklə Tripoliyə hücumun ikinci mərhələsi başlanıb”.
Yerli sakinlər xəbər veriblər ki, çərşənbə günü səhər Tripolinin şərq hissəsində dörd ardıcıl partlayış guruldayıb. Şahidlər RİA Novosti-yə bildiriblər: “İndi dörd ardıcıl güclü partlayış eşitdik. Eşitdiyimiz partlayışlar Tripolinin şərqində Əyn Zara və Həllə əl-Fərcan bölgələrində olub”.
TAAS-ın yazdığı kimi, sonradan Tripolinin qərbindəki şəhərciyə də zərbələr endirilib. LMO aviasiyası Canzur bölgəsində MHH birləşmələrinin düşərgəsini bombalayıb. Basqınların hədəfi orada yerləşən silah və döyüş sursatı anbarları idi. “Al Hadath” telekanalının xəbər verdiyi kimi, hücum nöqtələrində bir neçə güclü partlayış guruldayıb. “Vzqlyad” qəzeti Həftarın “blitskriq”inin iflasa uğradığı və paytaxtı birbaşa götürməyə nail olmadığı haqda ötən cümə axşamı ayrıntılı yazıb. Ötən həftənin sonunda bəlli olub ki, Liviya paytaxtının çivarında aviasiya işlətməklə ağır döyüşlər başlanıb.
“Ümumiyyətlə, LMO-nun böyük şəhərləri uzunmüddətli mühasirə təcrübəsi var. Benqazi və Dərna şəhərlərinin hər birinin mühasirəsi ilyarım çəkib. Bununla belə, Dərnaya hücum şəhərlilər arasında böyük itkilərə səbəb olub, çünki ağır artilleriya və aviasiya işlədilib, – Ali İqtisadiyyat Məktəbi siyasi elmlər Departamentinin baş müəllimi Qriqori Lukyanov “Vzqlyad” qəzetinə deyib: “Tripolidə belə variant keçməz – şəhərdə çox əhali yerləşib. Liviyanın bütün əhalisinin beşdə birinə yaxını orada yaşayır. Dərnada şəhərlilər arasında qurbanların səviyyəsini gizlətmək mümkün olsa da, bu, Tripolidə alınmaz”.
Politoloq əlavə edib – çətin ki, Həftar paytaxtda küçə döyüşlərinin belə üsullarına cürət edər. O, qeyd edib: “Liviyada hakimiyyət uğrunda savaş gedir, bu, təriqət, etnik ədavət deyil, buna görə də hər iki tərəf dinc əhali içində itkiləri azaltmağa çalışır. Həm Həftar, həm də rəqibləri danışıqlar yolu və ələ almaqdan fəal isitfadə edir ki, birbaşa toqquşma və böyük itkilərdən qaçılsın”.
Din və Siyasət İnstitutunun prezidenti Aleksandr İqnatenko əmindir ki, Tripoli bu dəfə götürüləcək. İqnatenko etiraf edib: “Həftarın qüvvələri birinci mərhələdəkindən daha yaxşı səfərbərdir. Tripolidən Misurata yolu bağlamaq onun rəqiblərinin döyüş sursatı və canlı qüvvə ilə təchizatını azaltmaq imkanı verir. Eyni zamanda Sarac tərəfdarlarının yeni resurslarla təminatı başqa kanallarla əvvəlki kimi saxlanır. Hətta ekspertlərin dəyərləndirdiyinə görə, Həftarın düşmənlərində yüksək motivasiya üzə çıxıb: anlayıblar ki, qaçmağa yer yoxdur. Onların son paradı çatıb və bu durum onları bütün güclərini səfərbər etməyə məcbur edir, gözlənildiyindən yaxşı vuruşurlar”.
İqnatenko əlavə edib – lakin fərq etməz, tərəzinin gözü marşalın xeyrinə əyilir, çünki onun ətrafında əlverişli beynəlxalq vəziyyət yaranır. İqnatenko “Vzqlyad” qəzetinə deyib: “Özəlliklə artıq Fransa Həftara dəstək verir. Özü də Paris bunu Həftarın terrorizmə qarşı vuruşduğu ilə şərtləndirir. Bu, ritorika deyil, həqiqətdir. Ekstremistlər və terrorçular Tripolidə və Liviyanın başqa yerlərində Həftara qarşı dururlar. Bu həm müxtəlif adlarla “Müsəlman qardaşlar” və hətta İŞİD, həm də bəzi ərəb ölkələrində terrorçu təşkilatlar siyahısına daxil edilmiş Benqazini müdafiə dəstələridir”.
Bundan başqa, ABŞ prezidenti Donald Tramp da bu yaxında feldmarşala zəng edib. İqnatenkon hesab edir: “Tramp kimi praqmatik və qəpikgüdən bunu açıq edib – uyğun reklamla. Bu, xəbər verir ki, o, LMO-nun perspektivlərinə müsbət yanaşır. Gələcək nəticəni görür. Artıq bu başdan qələbəyə yamaq olmağa can atır”.
Qonşu ölkələr sırasından terrorizmlə gerçək mübarizəyə görə feldmarşalı dəstəkləyən Misir qabaqkı kimi Həftara dəm tutur. İqnatenko izah edib: “Misirdə bir çox terror aksiyaları arxa baza kimi Liviya ərazisindən yararlanmaqla həyata keçirilir. Döyüşçülər Liviyadan silah, maliyyə, şəxsi heyət yardımı alırlar. Qahirənin öz terrorçularına güclü zərbə endirməsi üçün sərhəddəki bu yırtığı tıxmaq Misir üçün çox önəmlidir”.
Lukyanov da hesab edir ki, güc bölgüsü marşalın xeyrinə meyllənir. O deyir: “Həftara müqavimət cəbhəsi Tripolitaniya, Misurata və ölkənin başqa cənub ərazilərindən “inqilab briqadaları”ndan ilk günlərdə formalaşdırılıb. Döyüş dəstələrinin hərbi ehtirası döyüşlərin bir neçə günündən sonra sönməyib. Onlar Tripolini bundan sonra da qorumağa hazırdırlar. Saracın tərəfdarları xaricdən əsas yardımı Misurata limanı üzərindən Qətər və Türkiyədən alırlar”.
Buna görə də Həftarın Misurataya gedən yolu bağlaması faktını onun böyük uğuru saymaq olar. Lukyanov əlavə edir: “Tripolini müdafiə cəbhəsi bu yaxınlarda artıq bir neçə çat verib. Məsələn, Liviyanın keçmiş müdafiə naziri Usamə əl-Couli paytaxtın müdafiəsinə, yəni “Qəzəb vulkanı” əməliyyatına başçılıq edir. O özü Zintan şəhərində doğulsa da, bununla belə, onun doğma şəhərindən olan bəzi briqadalar bu yaxında Tripolidən gedib – eyniadlı zintan tayfası ağsaqqallarının göstərişini yerinə yetiriblər. Ağsaqqallar maraqlı deyillər ki, zintanlılar Faiz Saracın Tripoli hökumətinin maraqları uğrunda özgə torpaqlarında həlak olsunlar. Hətta onlar artıq Həftarla əlaqə qurublar”.
MDDİ (Moskva Dövlət Dilçilik İnstitutu-tərc.) xarici ölkələrin tarixi və coğrafiyası kafedrası müdirinin müavini, REA Şərq İnstitutunun işçsi, Liviya üzrə mütəxəssis Mixail Roşin hücumun ikinci mərhələsinin nə qədər uğurlu çıxacağını proqnozlaşdırmağa hələlik girişmir. Ekspert hesab edir: “Aydındır ki, üstünlük marşal Həftarın tərəfindədir. Onun gücü daha çoxdur. Çoxdan öz ordusunu qurmaqla məşğul olurdu”.
O, əlavə edir ki, marşala qarşı duran MHH ordusunun əsasını hələ Muəmmar Qəddafi ordusuna qarşı vuruşan keçmiş üsyançılar təşkil edir, onlar oddan-alovdan keçiblər. Ekspert hesab edir: “Şəhər yaxşı qorunursa, onu götürmək çətindir. Müdafiə olunmaq həmişə daha asan olub”.
Buna baxmayaraq, Həftraın qabaqlar, demək olar, bütün qərbi Liviyanı döyüşsüz tutmağa nail olduğu faktı da onun xeyrinə danışır. Marşal aprelin başlanğıcında Tripoliyə hücum etmək əmri verərkən onun qoşunları paytaxta qədərki 1000 km-i sakit keçib, onları kimsə dayandırmayıb. Mixail Roşin yekun vurur: “Bu, Həftarın ciddi hərbi üstünlüyündən danışır”.
Lukyanov hesab edir ki, paytaxt uğrunda mübarizədə hərbi deyil, diplomatik amil həlledici olacaq – Tripolini qoruyanları bu, ruhdan salır. Lukyanov yekunlaşdırır: “Həftara Əmirliklərdən və Səudiyyə Ərəbistanından maliyyə yardımı, Misirdən isə mənəvi yardım gəlir. Fransa da diplomatik dəstək verir. İndi LMO-da belə hesdab edirlər: fərq etməz, qoy paytaxtı götürməyə nail olmayaq. Onu qurudan hər tərəfdən çevrələyə bilsələr, onda Sarac və Tripolitaniya elitası marşalla tezliklə dil tapmalı olacaq. Ola bilsin, bu, Həftarın maksimum istəyi deyil. Amma, ən azı, özü üçün əlverişli sazişə nail ola bilər”.
Bu arada çərşənbə günü axşam bəlli olub ki, Tripolidə naməlum adamlar MHH müdafiə nazirinin müavinini oğurlayıblar. Onun adı hələlik çəkilmir. “əl-Ərəbiyə” kanalı bu haqda öz qaynaqlarına istinadən məlumat verib. Məlumat təsdiqlənərsə, şəhərdə Xəlifə Həftar qoşununun “beşinci dəstəsi”nin meydana çıxdığını bildirəcək.