Son xəbərlər
22 MAY
21 MAY
SOSİAL

İlahiyyat İnstitutunun dosenti beynəlxalq simpoziumda iştirak edib

<b>İlahiyyat İnstitutunun dosenti beynəlxalq simpoziumda iştirak edib</b>

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) Dinşünaslıq kafedrasının müdiri, dosent Elnurə Akif qızı Əzizova 20-21 aprel 2019-cu il tarixdə Türkiyə Respublikasının İğdır şəhərində keçirilən “Əyyubilər” Beynəlxalq Simpoziumunda iştirak edib

Aİİ-dən verilən məlumata görə, İğdır Universitetinin təşkilatçılığı ilə təşkil olunan Simpoziumda 13 ölkədən 160-a yaxın məruzəçi Əyyubilər Dövlətinin siyasi və mədəni tarixinə dair müxtəlif mövzularla çıxış edib. Dosent E.Əzizova simpoziumda “Milli-dini kimlik zəminində sovet və post-sovet dövrü Azərbaycan tarixçiliyində səlibçilər – Əyyubi münasibətlərinə baxışda dəyişiklik” (“Milli-dini kimlik zemininde sovyet ve post-sovyet Azerbaycan tarihçiliğinde Haçlı-Eyyubi ilişkilerine bakışın değişim süreci”) mövzusunda məruzə ilə çıxış edib. Məruzədə sovet, müstəqillik dövrlərində Azərbaycan tarixçiliyində səbəb, nəticə və təsirlərinə görə Səlib yürüşləri və səlibçilərə qarşı mübarizədə Əyyubilər Dövlətinin rolundan bəhs edilib. Məqalədə hər iki dövr tarixçilərinin əsərlərindəki üslub, məzmun və vizuallar təhlil olunub.
Müstəqillik dövrü Azərbaycan tarixçiliyində isə həm səlib yürüşləri, həm də Əyyubilər Dövlətinə fərqli milli-dini rakursdan baxılır. Ermənilərin 1096-1099-cu illəri əhatə edən birinci səlib yürüşü zamanı çox sayda şəhər və bölgədə müsəlmanların kütləvi qırğınına səbəb olduğu bildirilib. Ermənilərin türk-müsəlman xalqlarına qarşı bu xəyanəti min il boyunca davam etmiş, son bir əsrdə Azərbaycan türklərinə qarşı törətdikləri hadisələrdə son həddə çatmışdır.
Məruzədə bildirilib ki, müstəqillik dövr tarixçiliyimizdə Səlahəddin əl-Əyyubi təkcə Misir sultanı deyil, soy-kökünün qədim Azərbaycan torpaqlarından olduğu nəzərə alındıqda, Azərbaycan üçün də mühüm tarixi şəxsiyyətdir.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv