Son xəbərlər
26 MAY
25 MAY
24 MAY
23 MAY
İDMAN

Formula 1 Azərbaycan Qran Prisi: İlk yarış gününün proqramı

<b>Formula 1 Azərbaycan Qran Prisi: İlk yarış gününün proqramı</b>

Bu gün Bakıda Formula 1 Azərbaycan Qran Prisinin ilk yarış gününə start verilir

Trend-in məlumatına görə, bu günün proqramında Bakı Şəhər Halqasında Formula 2 bolidlərinin sərbəst yürüşü, həmçinin F2 pilotlarının sıralama yarışı var.
Bundan başqa, Bakı trekində Formula 1 bolidlərinin birinci və ikinci sərbəst yürüşləri keçiriləcək.
Həmçinin "Red Bull Racing", "Scuderia Ferrari" və Renault" komandalarının pilotlarının avtoqraf sessiyası olacaq.
Azarkeş zonasının qapıları açılır 10:00 Bütün əyləncə zonası
F2™ sərbəst yürüş 11:00 Trekdə 11:45
Avtoqraf sessiyası – Red Bull Racing 11:10 F1® azarkeş zonası 11:30
Avtoqraf sessiyası – Scuderia Ferrari 11:30 F1® azarkeş zonası 11:50
Avtoqraf sessiyası – Renault 11:30 F1® azarkeş zonası 11:50
F1® birinci sərbəst yürüş 13:00 Trekdə 14:30
F2™ sıralama yarışı 15:00 Trekdə 15:30
F1® ikinci sərbəst yürüş 17:00 Trekdə 18:30
Trekin qapıları açılır 20:00 Trekdə
Azarkeş zonasının qapıları bağlanır 22:00 Bütün əyləncə zonası
Ümumilikdə şəhər trasında hər biri iki pilotla təmsil olunan 10 komanda yarışacaq. Bakıda yarışa qatılan sürətsevərlər arasında Lyuis Hemilton, Fernando Alonso, Sebastyan Fettel, Valtteri Bottas, Kimi Raikkonen, Maks Ferstappen kimi tanınmış pilotlar var.
Azərbaycan paytaxtında 4-cü dəfə keçirilən Formula 1 yarışları aprelin 28-dək davam edəcək.
Xatırladaq ki, Formula 1 Bakıda 2016-cı ildən keçirilir. Şəhər trasının uzunluğu 6 kilometrdən bir qədər çoxdur. Trekin ən geniş sahəsi 13 metr, ən dar hissəsi isə İçərişəhər yaxınlığında, yeddi və səkkizinci döngələrdir – 7,6 metr. Start və finiş xətti “Azadlıq” meydanındadır.
2016-cı ildə “Williams” komandasının pilotu Valtteri Bottas tərəfindən Bakıda Formula 1 yarışlarının sürət rekordu qeydə alınıb – 378 km/saat.
Azərbaycanda Qran Priyə tamaşa etmək üçün daha çox Rusiya, Böyük Britaniya, Gürcüstan, Niderland, Polşa, BƏƏ və Finlandiya vətəndaşları səfər edirlər.