Son xəbərlər
23 MAY
22 MAY
İDMAN

Bakıda Formula 2 yarışı üzrə birinci sərbəst yürüşlərə start verilib

<b>Bakıda Formula 2 yarışı üzrə birinci sərbəst yürüşlərə start verilib</b>

Bakıda keçirilən Formula 1 SOCAR Azərbaycan Qran Prisi çərçivəsində Formula 2 yarışı üzrə birinci sərbəst yürüşlərə start verilib

Trend-in məlumatına görə, sərbəst yürüş 45 dəqiqə davam edəcək. Daha sonra isə Formula 2-nin sıralama turu başlayacaq. Yarışda hərəsindən 2 pilot təmsil olunmaqla 10 komanda birincilik uğrunda mübarizə aparır.
Azərbaycan paytaxtında 4-cü dəfə keçirilən Formula 1 yarışları aprelin 28-dək davam edəcək.
Xatırladaq ki, Formula 1 Bakıda 2016-cı ildən keçirilir. Şəhər trasının uzunluğu 6 kilometrdən bir qədər çoxdur. Trekin ən geniş sahəsi 13 metr, ən dar hissəsi isə İçərişəhər yaxınlığında, yeddi və səkkizinci döngələrdir – 7,6 metr. Start və finiş xətti “Azadlıq” meydanındadır.
2016-cı ildə “Williams” komandasının pilotu Valtteri Bottas tərəfindən Bakıda Formula 1 yarışlarının sürət
rekordu qeydə alınıb – 378 km/saat.
Azərbaycanda Qran Priyə tamaşa etmək üçün daha çox Rusiya, Böyük Britaniya, Gürcüstan, Niderland, Polşa, BƏƏ və Finlandiya vətəndaşları səfər edirlər.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv