Son xəbərlər
26 MAY
25 MAY
24 MAY
23 MAY
TÜRK DÜNYASI

Ərdoğandan Zelenskiyə jest: Şəxsi mühafizəçisini verdi

<b>Ərdoğandan Zelenskiyə jest: Şəxsi mühafizəçisini verdi</b>

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsində istirahətdə olan Ukraynanın yeni Prezidenti Vladimir Zelenskinin mühafizəsini təşkil edib

Bu barədə “Strana.ua” nəşri yazıb.
Məlumata görə, Zelenski Bodrumda Ərdoğanın mühafizəsi altında dincəlib. Nəşrə danışan Türkiyə polisinə yaxın mənbənin sözlərinə görə, Zelenskinin gəlişi bütün Bodrumu ayağa qaldırıb.
“Bodrumda müxtəlif ölkələrdən 20-yə yaxın yüksəkçinli məmur istirahət edirdi. Ancaq heç kimə qarşı bu cür yüksək diqqət yox idi”, - mənbə bildirib.
Onun sözlərinə görə, Zelenskinin mühafizəsi o qədər ciddi təşkil olunub ki, jurnalistlər belə onun şəkillərini çəkə bilməyib.
Qeyd edək ki, Zelenski bu gün istirahətini tamamlayaraq, geri qayıdıb.