Son xəbərlər
22 MAY
21 MAY
SOSİAL

Zorakılıq halları ilə üzləşmə azyaşlının intihar etməsinə səbəb ola bilir

<b>Zorakılıq halları ilə üzləşmə azyaşlının intihar etməsinə səbəb ola bilir</b>

Zorakılıq halları ilə üzləşən uşaqlar özünə qapanır, depressiyaya düşürlər

Bu vəziyyət də azyaşlının intihar etməsinə səbəb ola bilir.
Trend-in məlumatına görə, bunu Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə deyib.
Onun sözlərinə görə, məktəbdə, həyətdə, məişət zəminində fiziki və ya mənəvi zorakılıq halları ilə qarşılaşan uşaqlara lazımi tibbi-psixoloji yardım göstərilməsi üçün tibb işçilərinin bilik və bacarıqlarının artırılması bu gün olduqca vacib məsələdir.
S.Babazadə hesab edir ki, zorakılıq halları ilə üzləşən uşaqların intihar etməsinin qarşısını almaq üçün zərər çəkmiş şəxslərə tibbi-psixoloji yardım təcili və təxirəsalınmaz formada, düzgün sistematik qaydada aparılmalıdır.
İSİM-in Səhiyyə kommunikasiyası şöbəsinin müdiri Laura Quliyeva isə cəmiyyəti zorakılığa qarşı daha fəal mübarizəyə çağırıb, hər kəsin bu məsələyə həssas, qayğıkeş yanaşmasının böyük əhəmiyyətə malik olduğunu vurğulayıb.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv