Son xəbərlər
26 MAY
25 MAY
24 MAY
23 MAY
HADİSƏ

Albert Aqarunovun 50 illik yubileyi Beynəlxalq Muğam Mərkəzində qeyd olunacaq

<b>Albert Aqarunovun 50 illik yubileyi Beynəlxalq Muğam Mərkəzində qeyd olunacaq</b>

Beynəlxalq Muğam Mərkəzində Azarbaycanın Milli Qəhrəmanı yəhudiəsilli Albert Aqarunovun 50 illik yubileyinə həsr olunmuş anım mərasimi keciriləcək

Anım mərasimi Müdafiə, Mədəniyyət nazirlikləri, Veteran Tankçılar Birliyi, Dağ Yəhudiləri Dini İcması, "Dədə Qorqud" Milli Fondunun birgə təşkilatçılığı ilə keçirilir.
Anım mərasimində adı çəkilən qurumların nümayəndələri, İsrailin Azərbaycandakı səfirliyinin bir qrup nümayəndəsi, keçmiş Qarabağ döyüşçüləri, qazilər, şəhid ailələri və digər qonaqlar iştirak edəcək.
Albert Aqarunovun hayat va döyüş yolu
1991-ci ilin oktyabrında könüllü olaraq Milli Ordu sıralarına yazılan yəhudi əsilli 23 yaşlı A.Aqarunov ömrünün ən gözəl çağında silaha sarılaraq doğma vətəni Azərbaycanın müdafiəsinə qalxıb, Qarabağ, Şuşa uğrunda gedən qeyri-bərabər döyüşlərdə qəhrəmanlığı ilə ad-san qazanıb. Hələ sağlığında vətənpərvərliyi, qorxmazlığı, şücayəti ilə ad-san qazanan Albertin döyüş dostları onu böyük hörmət və ehtiramla "Şuşanın əfsanəsi" adlandırıblar.
A.Aqarunov 25 aprel 1969-cu il Bakının Əmircan qəsəbəsində anadan olub. Suraxanı rayonundakı 154 saylı məktəbin səkkizinci sinfini bitirərək peşə məktəbində sürücü-mexanik ixtisasına yiyələnib, 1987-ci ildə isə hərbi xidmətə çağırılıb və xidməti dövründə tank komandiri olub. Daha sonra Bakıya dönərək Suraxanıda Maşınqayırma zavodunda işləyib. Qarabağ müharibəsi başlayarkən 1992-ci ildə Albert Aqarunov könüllü olaraq cəbhəyə yollanıb. Tank komandiri təyin edilən Albert Aqarunov Şuşa cəbhəsində döyüşüb. O Xankəndi, Daşaltı, Cəmilli istiqamətində gedən döyüşlərdə erməni işğalçılarının xeyli canlı qüvvəsini, zirehli texnikasını məhv edib. Ermənilərin Şuşaya hücumu vaxtı Albert Aqarunov düşmənin 9 tank, 7 ZTR və bir çox texnikanı məhv edib.
A.Aqarunov 8 may 1992-cu ildə Şuşa uğrunda gedən döyüşlərdə snayper gülləsinə tuş gəlib və döyüş meydanında həlak olub.
A.Aqarunov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli, 833 saylı fərmanı ilə “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Bakıda Şəhidlər Xiyabanında dəfn edilib.
Azərbaycan Respublikası prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Aqarunov Albert Aqarunoviç ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.
Bakıda Şəhidlər xiyabanında dəfn edilib.
Vaxtilə tahsil aldığı 154 saylı orta məktəb onun adını daşıyır.