Son xəbərlər
24 MAY
23 MAY
DÜNYA

Suriyada Türkiyə hərbçisi həlak oldu

<b>Suriyada Türkiyə hərbçisi həlak oldu</b>

Suriyanın şimalında Türkiyə hərbçisi həlak olub. Trend-in məlumatına görə, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi xəbər yayıb.
Nazirliyin yaydığı məlumata görə, hərbçi avtomobil karvanının PKK terror təşkilatının Suriya qolu tərəfindən atəşə tutulması nəticəsində şəhid olub.
İnsident nəticəsində daha 3 türk hərbçisinin yaralandığı bildirilir.