Son xəbərlər
27 MAY
26 MAY
25 MAY
24 MAY
23 MAY
HADİSƏ

AMEA prezidenti və vitse-prezidentlərinin ezamiyyə xərcləri artırılır

<b>AMEA prezidenti və vitse-prezidentlərinin ezamiyyə xərcləri artırılır</b>

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti və vitse-prezidentlərinin ezamiyyə xərclərinin bir günlük normalarına əlavələr edilir

Trend-in məlumatına görə, bununla əlaqədar Nazirlər Kabineti "Xarici ölkələrə ezamiyyətləri ilə əlaqədar ezamiyyə xərclərinin 1 günlük normasına əlavələr və həmin əlavələrin tətbiq olunduğu rəhbər işçilərin kateqoriyası”nın cədvəlinə əlavələr edilib.
Bu əlavələrə əsasən, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti və vitse-prezidentləri vəzifələri "Xarici ölkələrə ezamiyyətləri ilə əlaqədar ezamiyyə xərclərinin 1 günlük normasına əlavələr və həmin əlavələrin tətbiq olunduğu rəhbər işçilərin kateqoriyası”nın cədvəlinə əlavə edilib.
AMEA prezidenti üçün xarici ölkələrə ezamiyyətləri ilə əlaqədar ezamiyyə xərclərinin 1 günlük normasına 50 faiz həcmində, vitse-prezidentləri üçün 30 faiz həcmində əlavələr müəyyən edilib.