Son xəbərlər
23 MAY
22 MAY
MƏDƏNİYYƏT

Misirdə Azərbaycan həqiqətlərini bilənlərin sayı artır

<b>Misirdə Azərbaycan həqiqətlərini bilənlərin sayı artır</b>

"Vətənpərvər" - Azərbaycanın Misirdəki Diaspor Təşkilatları Birliyi beynəlxalq tədbirdə Azərbaycanı təmsil edib

"Vətənpərvər" - Azərbaycanın Misirdəki Diaspor Təşkilatları Birliyi dünyanın ən qədim və ən böyük universitetlərindən biri olan Misirin əl-Əzhər universitetinin təşkil etdiyi beynəlxalq mədəniyyətlər sərğisində iştirak edib.
Birliyin sədri, tədqiqatçı-alim Seymur Nəsirovun BayMedia.az-a verdiyi məlumata görə, tədbirdə Azərbaycanın milli geyimi, mətbəxi və həqiqqətlərini əks etdirən müxtəlif kitab və jurnallar nümayiş etdirilib: "Sərgidə 108 ölkədən olan minləlrlərlə insan iştirak edib. Tədbirin təşəbbüskarı Rahidə Nəsirli Azərbaycan haqqında kütləvi infarmasyalara Azərbaycanla bağlı geniş məlumat vermişdir. Ən böyük maraq milli geyim və ləziz şirniyyatımıza olub. Birliyin sədri, tədqiqatçı-alim Seymur Nəsirov, son illərdə Aərbaycanı təbliğ etmək məqsədilə mütəmadı olaraq bu cür tədbirlərin təşkil oluduğunu qeyd edib. Əsas məqsədlərimizdən biri də Misirdə təhsil alan xarici tələbələr arasında da Azərbaycanı təbliğ etməkdir. Bu tədbirlərin nəticəsi olaraq Misirdə Azərbaycan həqiqətlərini bilənlərin sayı gündən-günə artmaqdadır".









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv