Son xəbərlər
22 MAY
21 MAY
SOSİAL

Ali məktəblərdə hazırlıq qruplarının yaradılması ilə bağlı təkliflər açıqlandı

<b>Ali məktəblərdə hazırlıq qruplarının yaradılması ilə bağlı təkliflər açıqlandı</b>

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ali məktəblərdə hazırlıq qruplarının yaradılması ilə bağlı hökumətdə müzakirə edilən bəzi təklifləri açıqlayıb

M.Abbaszadə bildirib ki, təkliflərə əsasən, hazırlıq qruplarına qəbul üçün bal müəyyənləşdiriləcək: "Abituriyentlər bu balı topladıqları zaman istəklərinə uyğun olaraq həmin hazırlıq qruplarında oxuyacaqlar. Hazırlıq qruplarında təhsil aldıqdan sonra isə yenidən qəbul imtahanlarında iştirak edərək ali məktəblərə qəbul olunacaqlar. Hazırlıq qruplarında təhsil almaq abituriyentə üstünlük verməyəcək".
DİM sədri əlavə edib ki, ali məktəblərdə hazırlıq qruplarının yaradılması ilə bağlı təkliflər hazırda hökumət tərəfindən müzakirə edilir. Qaydalar təsdiq edildikdən sonra DİM onun tətbiqi mexanizmi barədə açıqlama verəcək:
"Builki qəbul kampaniyası hələ ki, mövcud qaydalar əsasında keçirilir.
Hazırlıq qrupları ilə bağlı yeni qaydalar təsdiqləndikdən sonra DİM onun qüvvəyə minmə tarixindən etibarən tətbiqinə başlayacaq. Yaxşı olardı ki, yeni qaydalar sentyabr ayından qəbul edilsin ki, həmin ilin abituriyentləri bunları əvvəlcədən bilsin. O zaman biz də maarifləndirmə işini düzgün qura bilərik".









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv