Son xəbərlər
27 MAY
26 MAY
25 MAY
24 MAY
23 MAY
İQTİSADİYYAT

Mesut İlter: Bakı Ali Neft Məktəbinin məzunları OTDÜ, Boğaziçi məzunlarından bir çox keyfiyyətinə görə üstündür

<font color=red><b>Mesut İlter: Bakı Ali Neft Məktəbinin məzunları OTDÜ, Boğaziçi məzunlarından bir çox keyfiyyətinə görə üstündür</b></font>

Trend Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri ilə görüşmüş “Star” neft emalı zavodunun icraçı direktoru Mesut İlterlə müsahibəni təqdim edir.
- Mesut bəy, Bakı Ali Neft Məktəbinin tələbələri ilə görüşdən aldığınız təəssüratlarınız necədir?
- Bakı Ali Neft Məktəbinin tələbələrini çox həvəsli gördüm, görüş vaxtı çox suallar verildi, üstəlik tələbələrin məzmunlu sualları xüsusilə xoşuma gəldi. Bu, onların həm də mövzunu diqqətlə dinlədiyini göstərirdi. Tələbələr məndə ünsiyyətə açıq təəssüratı yaratdı, özlərinə inamı da yüksək idi. Özünəinamın yüksək olması gələcəkdə onları iş həyatında da uğura aparacaq.
- Mesut bəy, görüş zamanı ən çox diqqətinizi çəkən məqam nə oldu?
- Diqqətimi çəkən məqam o idi ki, Bakı Ali Neft Məktəbi sadəcə universitet deyil, burda sanki ailə mühiti var, sanki hər kəs bir-birinin uğuru üçün çalışır. BP-nin təcrübə proqramı ilə yanaşı, bizim şirkətin təcrübə proqramına seçilmiş tələbənin öz tələbə yoldaşına dəstək üçün təcrübə proqramından imtina etməsi xüsusi təsiredici məqam idi. Valideynlərin tələbə övladlarının uğurunu bölüşməyə gəlməsi də xoş məqam idi, bunu Türkiyədə nadir görmək olar. Zənnimcə, bu amil də tələbənin inkişafına müsbət təsir edir.
- SOCAR Türkiyədə işlə təmin olunmuş məzunlar haqqında nə deyə bilərsiz?
- BANM-ın məzunlarından hal-hazırda 30-a qədəri bizdə çalışır. Hamısının akademik göstəriciləri əladır, çalışırıq ki, onlar təkcə nəzəri biliklərlə kifayətlənməsinlər, praktik formada istehsalat prosesini görsünlər, çətinliklə üzləşsinlər, riskləri bilsinlər, vəziyyətdən çıxmağı bacarsınlar. Çalışırıq gənc əməkdaşlarımız sadəcə mühəndis olmasın, lider-mühəndis kimi yetişsinlər, işə tam hakim olsunlar. Yəni bütün bunlarla yanaşı, onlar həm də sosial aktivliyinə, ünsiyyət bacarığına görə seçilsin, liderlik vərdişləri qazansınlar. Heyətimizdə başqa universitetlərdən gəlmiş məzunlar da var. İş qabiliyyəti və potensialına gələndə BANM məzunları OTDÜ və Boğaziçi məzunlarından bir çox keyfiyyətinə görə üstündür.