Son xəbərlər
26 MAY
25 MAY
24 MAY
23 MAY
TÜRK DÜNYASI

Polis Taksimdə mitinqi dağıtdı - Saxlanılanlar var

<b>Polis Taksimdə mitinqi dağıtdı - Saxlanılanlar var </b>

Polis İstanbulun Taksim meydanında 1 may ilə əlaqədar mitinqə toplaşmağa cəhd edənləri dağıdıb

Trend-in məlumatına görə, təxminən 100 nəfər bu məqsədlə meydana daxil olmaq istərkən polis tərəfindən müqavimətlə rastlaşıb.
Türkiyə KİV-ləri polis tərindən 7 mitinq iştirakçısının saxlanıldığı bildirilir.
Qeyd edək ki, artıq səhər saatlarından İstanbul polisi 1 may mitinqlərinin keçiriləcəyi gözlənilən Taksim meydanını mühasirəyə alıb, meydan istiqamətində avtomobil yolları da bağlanıb.
Türkiyə hökuməti isə İstanbulun Bakırköy və Maltəpə rayonlarında 1 may mitinqlərinin keçirilməsinə rəsmi razılıq verib.