Son xəbərlər
26 MAY
25 MAY
24 MAY
23 MAY
SİYASƏT

Yeni iqtisadi inkişaf srtategiyasının iqtisadi əsasları...

<font color=red><b>Yeni iqtisadi inkişaf srtategiyasının iqtisadi əsasları...</b></font>

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin cari ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. Dövlət başçısı iclasa mühüm mesajlar verib

Millət vəkili Tahir Mirkişili deyib ki, Prezident İlham Əliyevin ötən gün Nazirlər Kabinetinin iclasında söylədiyi kimi, Azərbaycanın 2019-cu ilin 1-ci rübünün iqtisadi yekunları çox dinamikdir: “Belə ki, bu dövr ərzində ümumi daxili məhsul 520 milyon manat, sənaye istehsalı 485 milyon manat, qeyri-neft sənayesi isə 350 milyon manat artıb”. Onun sözlərinə görə, cari ilin ilk rübündə Azərbaycanda qeyri-neft sektoru ixracı 40 milyon dollar, əhalini banklardakı əmanəti 465 milyon manat artıb: “Bütün bu göstəricilər 2018-ci ildə dövlət başçısı tərəfindən aparılan iqtisadi islahatların real və dinamik nəticələridir ”. Prezidentin iclasda Azərbaycan iqtisadiyyatının yeni inkişaf strategiyasının hazırlanması ilə bağlı fikirlərinə toxunan T.Mirkişili qeyd edib ki, yeni strategiya iqtisadiyyatın daha dinamik inkişafı üçün müasir reallıqlar yaradacaq: “Yeni iqtisadi reallıqlar var. Azərbaycan iqtisadiyyatı dinamik inkişaf mərhələsinə qədəm qoyur, beynəlxalq layihələr reallaşır. Bu reallıqlar isə daha geniş və hərtərəfli iqtisadi strategiyanın hazırlanmasına ehtiyac yaratmaqdadır”.
İqtisad elmləri doktoru Fikrət Yusifov bildirib cari ilin ötən dövrü ərzində ölkə iqtisadiyyatı əvvəlki illərələ müqaisədə daha pozitiv nəticələr sərgiləyə bildi: "Rəsmi statistika 4 ayın nəticələrinə dair göstəriciləri may ayının 10-dan sonra açıqlayacaq. Ona görə də biz də cari ilin ötən dövrünə yanvar-mart ayları üçün dərc edilmiş rəsmi statistik göstəricilər əsasında qiymət verəcəyik. Bu ilin 3 ayı ərzində ÜDM-n 3 faiz artımına nail olunub. Nəzərə çatdıraq ki, keçən ilin eyni dövründə bu artım öncəki illə müqaisədə cəmisi 2,3 faiz olmuşdu. Hesabat dövründə sənaye məhsulunun həcmi 4,4 faiz, o cümlədən qeyri-neft sənayesi üzrə məhsul istehsalının həcmi 15,6 faiz artıb. İqtisadiyyatın inkişafının əsas indikatoru olan əsalı kapitala yönəldilən vəsaitlərin həcmi ötən ildəki səviyyədən 5,3 faiz artaraq 2018-ci ilin birinci rübündəki 84,7 faizdən cari ilin birinci rübündə 91 faizə yüksəlmişdi. Bu zaman qeyri-neft sektorunda əsas kapitala yönəldilən vəsaitlərin həcmi ötən ilin eyni dövrü ilə müqaisədə 6,0 faiz artmışdı. Bu göstərici özlüyündə ölkə iqtisadiyyatının əsasını təşkil edən real sektorun inkişafına bütün səviyyələrdən olan diqqətin nəticəsində mümkün ola bilmişdi". İqtisadçı deyir ki, üç ay ərzində kənd təsərrüfatında 3,6 faiz, o cümlədən, bitkiçilik sahəsində 24,7 faiz artıma nail olunmuşdu: "Ötən illə müqaisədə dövlət büdcəsinin gəlirləri 19,2 faiz, xərcləri isə 14,2 faiz artıq icra edilmişdi. Ölkənin bank sektoruna insanlarımızın inamını bərpa olunmasının bir bariz nümunəsi onların banklardakı əmanətlərinin vəziyyəti ilə xarakterizə olunur. Son 3 ayda vətəndaşlarımızın banklara yatırtdığı əmanətlərin həcmi ötən ilin birinci rübü ilə müqaisədə 6,0 faiz arta bilib, kredit qoyluşlarının həcmi 12,2 faiz artıb. Halbuki 2018-ci ildə ölkənin bank sektoru üzrə kredit qoyluşlarının həcmi 2017-ci illə müqaisədə 27,2 faiz azalmışdı. Ötən 2 ay ərzində qeyri-neft sektorundan ixracın həcmi 16,5 faiz arta bilib. Cari ilin birinci iki ayı ərzində əhalinin orta aylıq nominal əmək haqqı 8,6 faiz artıb. Nəzərə çatdıraq ki, ilk üç ay ərzində infilyasiya cəmi 2,1 faiz təşkil edib".
Fikrət Yusifovun sözlərinə görə, bu göstəricilərin pozitivliyi nə qədər diqqət çəkən olsa da, ötən üç ayda qeyri neft sektorunda ÜDM artım sürətinin azalması, bu sektordan ixracın həcmindəki templərin aşağı düşməsi diqqətdən yayına bilməz: "Məsələn, 2018-ci ilin birinci rübü ərzində ÜDM-un artım sürəti 2,3 faiz, qeyri-neft ÜDM-un artım sürəti 2,9 faiz olduğu halda, cari ilin birinci rübündə ÜDM artım sürəti 3,0 faiz, qeyri-neft ÜDM-un artım sürəti isə cəmisi 1,7 faiz təşkil etmişdi. Bu ilin iki ayı ərzində qeyri-neft sektorundan ixracın həcmində də kifayət qədər azalmalar qeydə alınmışdı. Məsələn, 2018-ci ilin birinci iki ayı ərzində qeyri- neft ixracınin həcmi 2017-ci ilin ilk 2 ayı ilə müqaisədə 66 milyon dollar artmışdısa, 2019-cu ilin birinci 2 ayı ərzində bu sektordan ixracın həcmi 2018-ci ilin eyni dövrü ilə müqaisədə cəmisi 40 milyon dollar arta bilmişdi. Əgər bu sıraya cari ilin ilk iki ayı ərzində idxalın həcmində baş vermiş 50 faizə qədər artımı da əlavə etsək bu halda mövcud vəziyyətin bir o qədər ürəkaçan olmadığı aşkardır. Bu yerdə aidiyyatı icra qurumlarının ətalətdən çıxaraq vəziyyətlə bağlı ciddi araşdırma aparmasına və təxirəsalınmaz tədbirlər görməsinə ehtiyac var". Sabiq nazir bildirib ki, Prezident 2015-ci ilin sonlarında ölkədə post-neft dövrünün başlandığını bəyan etdikdən sonra qısa zaman kəsiyində ölkədə real sektorun sürətli inkişafını təmin edə biləcək bütün qərarlara imza atdı: "Bundan sonra ötən dövr ərzində əldə olunan nəticələr qənaətbəxş deyilsə, deməli bu vəziyyəti yaradan icra aparatının fəaliyyətindəki qüsurlardır. Hesab edirəm ki, bunun üzərində ciddi düşünməyin vaxtı çatıb. Unutmayaq ki, neftin qiymətlərinə güvən getdikcə azalır. Əgər Birləşmiş Ştatlar prezidentinin bir telefon zəngi ilə bu qiymətlər kəskin azala bilirsə, deməli neftə güvənməyin heç yeri yoxdur. Cənab icraçılar bilməlidirlər ki, ölkə iqtisadiyyatının inkişafı üçün güvənilməli olan tək yol Prezidentin müəyyən etdiyi yoldur. Bu yolla qətiyyətlə hərəkət edib iqtisadiyyatın real sektorunun sürətli inkişafını təmin etmək lazımdır. Bunu etmək - idxalı əvəzləyəcək istehsalın və real sektordan ixracıın həcminin artması demək olacaq ki, bu da bizim təhlükəli neft qiymətlərindən asılılığımızı minimuma endirə bilən yeganə yoldur".
Millət vəkili Hikmət Babaoğlu isə vurğulayıb ki, Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı hazırda iqtisadiyyatımızda yeni inkişaf strategiyasının hazırlandığını bildirdi: “Bu fikir əslində ölkəmizdə bundan sonra da mühüm islahatlar aparılacağı və bu islahatların davamlı olacağına işarə idi. Çünki hazırda iqtisadiyyatın daha da inkişaf etdirilməsi üçün olduqca münbit şərtlər formalaşıb və bu Azərbaycanda indiyə qədər həyat keçirilən iqtisadi siyasət sayəsində mümkün olub”.
Deputatın sözlərinə görə, bu tarixi inkişaf mərhələsində biz elə iqtisadi resurslar əldə etmişik ki, onun əsasında ən müasir və dinamik iqtisadiyyat qurmaq mümkündür: "Yeni iqtisadi inkişaf srtategiyasının iqtisadi əsasları bunlardır. Onun sosial aspektlərinə və sosial fəlsəfəsinə gəldikdə isə əminliklə deyə bilərik ki, yeni strategiya da məhz Azərbaycan vətəndaşının sosial rifahı əsas götürülməklə müəyyən ediləcək. Çünki Prezident İlham Əliyev yeni inkişaf strategiyasından danışarkən bir daha qeyd etdi ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır və vətəndaşın rifahı üçün biz əlimizdən gələni edirik. Bu fikirlər əslində elə yeni iqtisadi inkişaf strategiyamızın sosial fəlsəfəsi və mahiyyəti kimi qiymətləndirilməlidir. Dolayısı ilə biz bundan sonrakı mərhələdə də Azərbaycan vətəndaşının rifahının təmin olunmasının ən ön planda gələcəyinin şahidi olacağıq. Ancaq şübhəsiz ki, növbəti mərhələdə bəzi məsələlərin də prioritet təşkil edəcəyini də gözardı edə bilmərik. Buraya sahibkarlığın daha da inkişafı, yeni sosial-iqtisadi modellərin tətbiqi, ərzaq və qida təhlükəsizliyinin təmin edilməsi məsələləri, iqtisadiyyatın şaxələndirilməsi, yeni aqrar-sənaye müəssisələrinin yaradılması, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, kimya sənayesinin gücləndirilməsi və s. kimi çoxsaylı istiqamətlər daxildir ki, bütün bunlarda Azərbaycan iqtisadiyyatının keyfiyyətcə yeni mərhələsini təmin edəcək. Bundan əlavə icbari tibbi sığortanın tətbiq edilməsi, aztəminatlı ailələrə sosial yardımların edilməsi, sosial problemlərin kompleks və səmərəli formada öz həllini tapması kimi çoxsaylı prioritetlər də daima diqqət mərkəzində olacaq".