Son xəbərlər
27 MAY
26 MAY
25 MAY
24 MAY
23 MAY
SİYASƏT

“Gürcü siyasətçilərinin bu cür bəyanatlar verməsi vəziyyəti gərginləşdirmək məqsədi daşıyır”

<font color=red><b>“Gürcü siyasətçilərinin bu cür bəyanatlar verməsi vəziyyəti gərginləşdirmək məqsədi daşıyır”</b></font>

Elnur Eltürk: “Məqsəd etnik qarşıdurmaya rəvac verməkdir”

“Gürcüstanın axmaq, avantürist iki siyasətçisi Saakaşvilinin hakimiyyəti dövründə bir müddət müdafiə naziri vəzifəsində olan İrakli Okuraşvilinin və Leybaristlər Partiyasının sədri Şalva Natelaşivilinin Azərbaycan-Gürcüstan sərhəddində yerləşən Keşişdağ monastır kompleksi ətrafında yaranmış müzakirələrə münasibət bildirərkən, azərbaycanlılarla bağlı ağızlarına gələni danışmaları iki ölkə arasında böyük səs-küyə səbəb olub. Gürcü siyasətçilərinin bu cür bəyanatlar verməsi vəziyyəti gərginləşdirmək məqsədi daşıyır”. Bu fikirləri araşdırmaçı jurnalist Elnur Eltürk səsləndirib. O bildirib ki, əsas niyyət ölkədə gürcü milliyyətçiliyini alovlandırmaq və iki xalq arasında etnik qarşıdurmaya rəvac verməkdir: “Üstəlik, Avropaya inteqrasiya xətti tutan bir dövlət üçün verilən bəyanatlar rəsmi Tiflisə başucalığı gətirmir. Maraqlısı odur ki, bu gün ermənilərin Cavaxetiyada at oynatmalarına və separatçı çıxışlarına göz yumurlar. Üstəlik, Cavaxetiya entik separatçılığa birbaşa hamilə olan bölgədir. Rəsmi Tiflis bunu görməzdən irəli gəlir. Ora ilə bağlı atılan bütün addımlar separatçılığı nəinki zəiflədir, əksinə separatçılar hər gün daha da təşkilatlanırlar. Gürcü siyasətçiləri Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyən, min illərdir həmin bölgədə yaşayan yerli əhalini təhqir etməklə, ciddi və strateji səhvə yol verirlər. Halbuki Gürcüstanda yaşayan soydaşlarımız heç bir zaman etnik separatçılıq mövqeyindən çıxış etmirlər. Həmişə Gürcüstanın bir dövlət olaraq yanında olublar. Müstəqillikdən üzü bəri Azərbaycan Gürcüstan dövlətinin yanında olub. Regional iqtisadi layihələr Gürcüstan üzərindən gerçəkləşib. Bu gün Gürcüstan dövlət büdcəsinə milyonlarla vəsait axır. Ölkənin biznes mühitində azərbaycanlı sahibkarların yatırımları artmaqdadır. Bu isə yeni iş yerlərinin açılmasına və sosial vəziyyətin normallaşmasına gətirib çıxarır. Regional siyasətdə Gürcüstanın ən çətin zamanında dövlət olaraq hər zaman dəstək vermişik. 2008-ci ilin avqust ayında baş verən məlum müharibə zamanı Azərbaycan Gürcüstanın ərazi bütövüyünü dəstəkləyib. Nə qədər nankor olmaq lazımdır ki, bunları unudasan və inkar edəsən... Başa düşürəm ki, sözegdən şəxslər Gürcüstan siyasətində o qədər ciddi fiqur deyillər. Gürcüstanın xarici və daxili siyasətlərinə təsir imkanları yox səviyyəsindədir. Yenə də bəyanat sosial şəbəkələrdə yayılır və topum arasında nifrət toxumunu cücərdir. Gürcüstan-Azərbaycan əlaqələrini gərginləşdirmək istəyən həmin qüvvələrə hər iki xalqın ziyalıları tutarlı cavab verməlidirlər...”.