Son xəbərlər
27 MAY
26 MAY
25 MAY
24 MAY
23 MAY
İQTİSADİYYAT

Bakı şəhərində yaradılan ilk KOB evinin təqdimatı keçirilib

<b>Bakı şəhərində yaradılan ilk KOB evinin təqdimatı keçirilib </b>

Mayın 1-də Bakı şəhərində yaradılmaqda olan ilk kiçik və orta biznes evinin (KOB evi) təqdimatı keçirilib

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı (KOBİA) Agentliyinin təşkilatçılığı, sahibkarlara müxtəlif xidmətlər göstərən dövlət qurumlarının, özəl sektor nümayəndələrinin, qeyri-hökumət təşkilatlarının və KİV təmsilçilərinin iştirakı ilə təşkil olunmuş tədbirdə KOB evi konsepsiyası, hazırda bu dəstək mexanizminin yaradılması istiqamətində görülən işlər, burada sahibkarlara göstəriləcək xidmətlər barədə ətraflı məlumat verilib.
Təqdimat mərasimində çıxış edən İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə digər sahələrdə olduğu kimi sahibkarlığın inkişafı, biznes və investisiya mühitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirləri, aparılan islahatları, yaradılan yeni dəstək mexanizmlərini diqqətə çatdırıb, KOB evinin yaradılmasının sahibkarlığın inkişafında əhəmiyyətli olacağını vurğulayıb.
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov çıxışında ölkəmizdə kiçik və orta biznesin inkişafı, bu sahədə həyata keçirilən islahatlar və qanunvericilikdə edilmiş dəyişikliklər, Agentliyin fəaliyyəti və sahibkaralara göstərdiyi dəstək mexanizmləri və xidmətlər barədə məlumat verib: “KOB evlərinin yaradılması ilə biznesə göstəriləcək xidmətlərin əhatə dairəsi əhəmiyyətli dərəcədə böyüyəcəkdir. KOB evlərində sahibkarlara verilən bütün icazələrin vahid məkan prinsipi əsasında şəffaf, operativ şəkildə verilməsi təmin ediləcək, digər tərəfdən sahibkarlar bu evlərdə çoxsaylı dəstək tədbirləri ilə əhatə olunacaqdır. Növbəti mərhələdə bu xidmətlər elektron platforma üzərindən – “e-KOB evi” vasitəsilə həyata keçiriləcəkdir. Əminik ki, KOB evləri ölkəmizin yeni innovativ brendi kimi dünyaya təqdim olunacaqdır”.
Azərbaycan Respublikasının İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən iqtisadi islahatlar, sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən tədbirlər barədə danışıb, KOB evinin sahibkarlara göstərilən xidmətlərin vahid məkanda təqdim olunması, sahibkarların ehtiyaclarının öyrənilməsi baxımından önəmli mexanizmlərdən olacağını vurğulayıb.
Azərbaycan Respublikası Milli Məclisinin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə son dövrlərdə ölkəmizdə sahibkarlıq sahəsində həyata keçirilən effektiv islahatlar və qəbul edilən qanunvericilik aktlarının sahibkarlığın inkişafında önəmli rolunu diqqətə çatdırıb, KOB evinin yaradılmasının özəl bölmənin inkişafında əhəmiyyətli olacağını bildirib.

Milli iqtisadiyyatın dayanıqlı inkişafında kiçik və orta sahibkarlığın böyük rol oynadığını qeyd edən Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev qeyd edib ki, hazırda Azərbaycanda qeyri-neft sektoru və kiçik və orta sahibkarlıq öz inkişaf dövrünü yaşayır. Son məlumatlara görə, Azərbaycanda aktiv şəkildə fəaliyyət göstərən 440 min sahibkarlıq subyektinin böyük əksəriyyəti kiçik və orta sahibkarlardır.
Sonra KOBİA-nın Aparat rəhbəri Şamil Suleymanlı Agentliyin fəaliyyətinə dair təqdimatla çıxış edib.
Daha sonra KOB evinə dair video çarx nümayiş olunub.
Həmin gün Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun iclası da keçirilib. Məlumat üçün qeyd edək ki, Koordinasiya Qrupu KOB evlərində sahibkarlıq subyektlərinə xidmət göstərilməsi zamanı dövlət qurumları ilə Agentlik arasında səmərəli əlaqələndirmənin və operativliyin təmin edilməsi məqsədilə Nazirlər Kabinetinin 21 sentyabr 2018-ci il tarixli Qərarı ilə yaradılıb. Koordinasiya Qrupunda sahibkarlara müxtəlif xidmətlər göstərən 30-dan dövlət qurumunun nümayəndələri təmsil olunur. İclasda ilk KOB evinin yaradılması sahəsində qarşıda duran vəzifələrə dair müzakirələr aparılıb, təkliflər səsləndirilib.


photoslide_title photoslide_title photoslide_title