Son xəbərlər
26 MAY
25 MAY
24 MAY
23 MAY
SİYASƏT

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında iştirak edirlər

<b>Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında iştirak edirlər</b>

Mayın 2-də Heydər Əliyev Mərkəzində “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb.
Bu barədə Prezidentin Mətbuat xidmətindən məlumat verilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Forumun açılış mərasimində iştirak edirlər.
Dövlətimizin başçısı mərasimdə nitq söylədi.
Qeyd edək ki, Forum Azərbaycan hökumətinin təşkilatçılığı, UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası və ISESCO-nun tərəfdaşlığı ilə keçirilir. Tədbirdə 100-dən çox ölkənin və 30-dan çox beynəlxalq təşkilatın yüksəksəviyyəli rəsmiləri iştirak edirlər.