Son xəbərlər
27 MAY
26 MAY
25 MAY
24 MAY
23 MAY
SİYASƏT

Azərbaycanı gözü götürməyən qüvvələr və 5 -ci kolon

<b>Azərbaycanı gözü götürməyən qüvvələr və 5 -ci kolon</b>

Dünyada son zamanlar cərəyan edən hadisələr və bu çətin sınaq qarşısında ölkəmizin bu proseslərdən üzüağ çıxması istər daxildə, istərsə də xaricdə bir çox qüvvələrin xoşuna gəlmir

Son zamanlar, Azərbaycanda sosial sahədə və idarəçilikdə aparılan islahatlar, eyni zamanda, beynəlxalq iqtisadi arenada TANAP, TAP, Şərq — Qərb, Şimal — Cənub nəqliyyatları üzrə apardığımız təqdirəlayiq siyasət göz qabağındadır. Bunu nə şişirtməyə, nə də reklam etməyə ehtiyac var. Bəli, biz bacardıq.
1. Rəsmi Bakı Çin ilə Avropa arasında bir çox nəqliyyat dəhlizlərinin olmasına baxmayaraq «Orda yol» projesi əsasında Şərqi Asiyadan Avropaya yükdaşımalarda müstəsna rola malik olacaq. Bu bir qələbədir. Eyni zamanda, Şərq — Qərb dəhlizindən heç də geri qalmayan, Pyotrdan tutmuş bütün rus çarlarının, imperatorlarının əsas hədəfi olan Hind hövzəsi, Körfəz və Rusiya, Şimali Avropa ölkələri ilə ticarət yolunu da əlimizə almış olduq. Hər iki layihənin Ermənistandan keçməsini istəyən çox ciddi qüvvələrin olmasına baxmayaraq onlar bunu bacarmadılar.
2. TAP layihəsi. Bu layihənin baş tutmaması üçün bir çox lobbi qruplarının göstərdikləri möhkəm maneə heç kimə sirr deyil. İtaliya hökumətinin bir çox üzvlərindən tutmuş, Aİ nın ayrı -ayrı qrupları tərəfindən layihənin reallaşmaması üçün dəridən — qabıqdan çıxanların ümidləri boşa çıxdı.
3. Azərbaycan — Aİ, Azərbaycan — Rusiya arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə çıxması.
Əslində, bu siyahı çox uzundur. Uzun sözün qısası. Əgər kimsə düşünürsə, bugün bir — üç dövlətdən başqa beynəlxalq arenada istədiyini etmək asan məsələdir, deməli, siyasətdən başı çıxmır. Liderlərin qlobal iqtisadi və siyasi münasibətlərə təsir edəcək layihələri reallaşdırmaları dünyanın başında dayanan bir çox qrupların hiddətinə və etirazını səbəb ola bilər.
Lakin, cənab Prezident məhkəm iradə nümayiş etdirərək bütün bu layihələrin baş tutmasını bacara bildi. Bakı — Tbilisi -Qars, Şərq — Qərb, Cənub — Şimal layihələri İlham Əliyevin müdrik siyasəti nəticəsində baş tutdu. Bu sırf, Prezidentin qələbəsidir.
Son zamanlar istər daxildə, istər xaricdə ayrı — ayrı qüvvələrin siyasi hakimiyyətə qarşı apardıqları çirkin oyunların arxasında — dövlətçiliyimizi zəiflətmək dayanır. Əfsuslar olsun kı, donorlardan aldıqları maliyələr hesabına ölkə və xalqa qarşı çıxmaqdan utanmayan bu qruplar öz məqsədlərinə çatmaq üçün hər bir sövdələşməyə hazırdırlar.
Bu donorlar, həm bizdən çox — çox uzaqlardan, həm də sərhədlərimizin o taylarından bizi zəiflətmək üçün bütün imlanlardan istifadə edirlər. Son zamanlar, Aİ — Azərbaycan münasibətlərinə xələl gətirmək üçün edilən bəyanatlardan tutmuş Bakı və Tiflis arasında az qala münaqişəyə gətirib çıxaracaq çıxışların arxasında bu qütblər ilə Azərbaycan arasında münasibətlərə zərər gətirmək və ölkəni geoiqtisadi və geosiyasi lahilərdən uzaqda saxlamaq dayanır.
Çox təəsüflər olsun kı, Azərbaycanda fəaliyyətdə olan vətəndaş cəmiyyətinin bir çox institutları və özlərini müxalifətin liderləri sayanlar dövlətinin yanında durmaq əvəzinə iqtidara qarşı fəaliyyət göstərirlər. Bəli, müxalifərin əsas vəzifəsi, hakimiyyətə gəlmək və iqtidarı tənqid etməkdir. Lakin, ümumilli məsələlərdə bütün siyasi partiyalar hakimiyyətin yanında olmalıdırlar. Sizə təkcə bir misalı çəkəcəm. Erməni olduğu məndə şübhə doğurmayan Okruasvili son iki həftədə birinci, Gürcüstandakı soydaşlarımızı qovmaqla hədələyəndən sonra , indi də Azərbaycan müxalifətinə dəstək verməyin önəmini qeyd edib.
Keçən həftə müxalifətdə olan Leyboristlər partiyasının sədri də bizi təhqir etməkdən çəkinməyib. Bütün bunlardan sonra bizim radikal müxalifət nə etdi? Onlar, niyə Azərbaycan üçün önəmli olan məsələlərdə susmağa üstünlük verirlər?
Bizim radikal müxalifət siyasi partiyalarından bir nəfər çıxıb bu yaramazlara cavab vermədilər ki, ay filankəslər, siz kimsiniz ki, Azərbaycanı və azərbaycanlıları təhqir edirsiniz. Niyə ermənilərlə bağlı, Qarabağla bağlı xarici qüvvələrin xoşuna gəlməyəcək, lakin xalqımızın milli maraqlarına cavab verən bəyanatlar vermirlər, çıxışlar etmilər?
Çünki, maliyələrinin kəsilməsindən qorxurlar, çünki, ümumilli problemlər onlar üçün vacib deyil. Onların məqsədi gözdən pərdə asmaqdır.

Zaur Məmmədov, politoloq