Son xəbərlər
26 MAY
25 MAY
24 MAY
23 MAY
HADİSƏ

Narkotiklərlə Mübarizə İdarəsi əməliyyat keçirdi - Marixuana aşkarlandı

<b>Narkotiklərlə Mübarizə İdarəsi əməliyyat keçirdi - Marixuana aşkarlandı</b>

Baş Narkotiklərlə Mübarizə İdarəsi və Xətai RPİ-nin 36-cı Polis Bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən G.Bodrov saxlanılıb.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən verilən məlumata görə, şəxsi axtarış zamanı ondan narkotik vasitə olan marixuana aşkar edilib.
Polis əməkdaşları tərəfindən onun yaşadığı evdə aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində isə əlavə olaraq heroin və yarım kiloqrama yaxın marixuana da aşkar edilərək götürülüb.
Araşdırma aparılır.