Son xəbərlər
26 MAY
25 MAY
24 MAY
23 MAY
SOSİAL

UNİSEF rəsmisi: Dünyada uşaqların 50-70%-i psixoloji, seksual və fiziki zorakılığın qurbanı olur

<b>UNİSEF rəsmisi: Dünyada uşaqların 50-70%-i psixoloji, seksual və fiziki zorakılığın qurbanı olur</b>

Dünyada uşaqların 50-70 %-i psixoloji, seksual və fiziki zorakılığın qurbanı olur. Cəmiyyətə izah edilməlidir ki, uşaqlara qarşı bütün zorakılıq növləri aradan qaldırılmalıdır

Trend-in məlumatına görə, bunu UNİSEF-də Uşaq müdafiəsi, Avropa və Mərkəzi Asiya üzrə baş regional məsləhətçi Aaron Qrinberq V Dünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Dayanıqlı inkişaf məqsədləri üçün tərəfdaşlığın qurulması” mövzusunda keçirilən beynəlxalq təşkilatların yüksək səviyyəli görüşdə çıxışı zamanı deyib.
Aaron Qrinberq qeyd edib ki, erkən uşaqlığın inkişafına qoyulan sərmayələr öz töhfəsini yaxşı verir: "Hazırda bu sahələrə nəhəng sərmayələr qoyulur. Ancaq hələ də 4 milyon uşaq bu sahəyə çıxışı təmin edə bilmir. Bu sərmayələr uzun müddətli nəticələr əldə etmək üçün yatırılır. Bir çox dövlətlərin apardığı tədqiqatlarda çox sayda uşaqların zorakılığa məruz qaldıqları görünür”.
Xatırladaq ki, mayın 2-də Heydər Əliyev Mərkəzində “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb.
İki gün davam edəcək Forum Azərbaycan hökumətinin təşkilatçılığı, UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası və ISESCO-nun tərəfdaşlığı ilə keçirilir. Tədbirdə 100-dən çox ölkənin və 30-dan çox beynəlxalq təşkilatın yüksəksəviyyəli rəsmiləri iştirak edirlər.