Son xəbərlər
22 MAY
21 MAY
MƏDƏNİYYƏT

Nazir Əbülfəs Qarayev Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman nazirinin birinci müavini ilə görüşüb

<b>Nazir Əbülfəs Qarayev Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman nazirinin birinci müavini ilə görüşüb</b>

Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayev Bakıda səfərdə olan Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman nazirinin birinci müavini Mikheil Giorgadze ilə görüşüb

Nazirlikdən verilən məlumata görə, Ə.Qarayev qonaqları salamlayaraq mədəniyyət sahəsində iki ölkə arasında əlaqələrin dinamik inkişafından məmnunluğunu ifadə edib, əməkdaşlığı daha da genişləndirmək üçün yaxşı imkanların olduğunu bildirib.
Səmimi qəbula görə minnətdarlığını bildirən Mikheil Giorgadze Azərbaycan ilə Gürcüstan arasında mədəni əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Görüşdə maraq doğuran digər məsələlər müzakirə olunub.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv