Son xəbərlər
27 MAY
26 MAY
25 MAY
24 MAY
23 MAY
İQTİSADİYYAT

1,33 milyard manat dəyərində istifadəyə yararsız əsginas və sikkələri dövriyyədən çıxarıb

<b>1,33 milyard manat dəyərində istifadəyə yararsız əsginas və sikkələri dövriyyədən çıxarıb</b>

2018-ci ildə Azərbaycan Mərkəzi Bankı 1,33 milyard manat dəyərində istifadəyə yararsız əsginas və sikkələri dövriyyədən çıxarıb

BayMedia.az bu barədə bankın hesabatına istinadən məlumat verir.
Müqayisə üçün qeyd edək ki, 2017-ci ildə bu məbləğ 1,3 milyard manata bərabər olmuşdu.
Hesabata əsasən, ötən il Azərbaycana 6,42 milyard manat məbləğində yeni əsginas və sikkə daxil olub. Bu, 2017-ci illə müqayisədə 15,6 dəfə çoxdur.
2019-cu il yanvarın 1-dək dövriyyədə 8,36 milyard manat həcmində əsginas və sikkə olub. Əvvəlki illə müqayisədə bu göstərici 223,9 milyon manat artıb.