Son xəbərlər
26 MAY
25 MAY
24 MAY
23 MAY
SİYASƏT

“Əli İnsanov erməniyə “dayı” deyir»

<font color=red><b>“Əli İnsanov erməniyə “dayı” deyir»</b></font>

Niyaməddin Orduxanlı: “Danışıqların nəticəsi olmasa, biz yalnız müharibə ilə torpaqlarımızı geri qaytara bilərik!”

“Amerikanın səsi”nə açıqlama verən keçmiş səhiyyə naziri Əli İnsanovun Qarabağın azadlığı üçün “hədə-qorxu ritorikasından imtina edilməli, problem yalnız və yalnız danışıqlar yolu ilə həll olunmalıdır”- fikirləri cəmiyyətdə çox aqressiv qarşılanmaqdadır. Bununla bağlı Baymedia.az saytına açıqlama verən BAXCP sədrinin müavini, tanınmış QHT sədri, ictimai fəal Niyaməddin Orduxanlı bildirib ki, Əli İnsanovun ermənilərin xeyrinə verdiyi açıqlama cəmiyyətin kəskin reaksiyasına səbəb olub: “Əli İnsanov hiyləgərcəsinə “Amerikanın səsi”nə bu cür açıqlama verir. Qərbə və güclü erməni təəssübkeşlərinə, diasporasına göstərmək istəyir ki, mən ermənilərin xeyrinə Azərbaycanda istənilən qərarı qəbul etməyə hazıram! Əli İnsanovun açıqlaması buna hesablanıb. Bunu eşidən də ilk olaraq yadıma bir el misalı düşdü: Erməniyə dayı demək... Öz siyasi maraqları naminə İnsanov da bu gün erməniyə “dayı” deyir. Bu gün cəmiyyətimizdə bizim kimi çoxlu insan düşünür ki, Qarabağın işğaldan azad olunması üçün əlverişli şərait var və hakimiyyət qətiyyətli addımlar atmalıdır! Biz torpaqlarımızın 30 ildir işğalda qalması ilə barışmırıq, razılaşmırıq və cəmiyyətin böyük hissəsi müharibənin başlanmasını istəyir. Bu cür çağırışlar artmaqdadır. İnsanov isə fürsətdən istifadə edib “Demokratiya olacağı halda Qarabağ ermənilərinin Azərbaycanı seçəcəyini” bəyan edir. Qarabağ uğrunda ən qanlı savaş dünyanın demokrat kimi qəbul etdiyi Ter-Petrosyan və Elçibəyin prezidentliyi dövründə olub. Bu münaqişə bir dövlətin digər dövlətin ərazisinin 20 % işğal etməsi və bir milyondan artıq vətəndaşını qaçqın etməsi deməkdir. Başqa bir ölkə sənin torpağına iddia edir. O zaman qoy bir çoxlarının bəh-bəh dediyi demokrat Paşinyan mövqeyini dəyişsin. O isə əvvəlkilərdən daha sərt mövqe sərgiləyir, Azərbaycandan daha geniş torpaqlar tutacağını bəyan edir. Və işğal altındakı torpaqlarımızı daha sürətlə məskunlaşdırır. Niyaməddin Orduxanlının sözlərinə görə, bu günki vəziyyətin olduğu kimi qalması ən çox ermənilərin maraqlarına cavab verir: “Ermənilər istəyir ki, biz ermənilərlə barışaq. İndiki vəziyyətin olduğu kimi qalması və hər iki xalq arasında barışığın olması, birbaşa erməni milli maraqlarına cavab verir. Ermənilər Dağlıq Qarabağı tam iğal etməklə yanaşı əlavə 6 rayonumuzu da işğal edib. Torpaqlarımız geri qaytarılmadığı təqdirdə heç zaman ermənilərlə barışıq əldə oluna bilməz! Torpaqlarımız tam boşaldılandan sonra, bu haqqda düşünmək olar. Və biz də bunu danışıqların yekunu olmadığı halda, bir XALQ olaraq müharibə etməklə əldə edəcəyik! Erməniləri döyüş meydanında darmadağın edib, sındırandan sonra , onlarla sülh sazişi imzalaya bilərik. Əli İnsanov unutmasın ki, Qarabağ savaşında 30 000 insan şəhid olub və minlərlə insan qazi olub. Yüz minlərlə insan 30 ildir öz doğma evindən didərgin düşüb. Öz doğmalarının qəbirlərini ziyarət edə bilmirlər”.