Son xəbərlər
27 MAY
26 MAY
25 MAY
24 MAY
23 MAY
İQTİSADİYYAT

Baş nazirin müavini: Yaponiya hökuməti vasitəsilə Azərbaycana güzəştli kreditlər verilib

<b>Baş nazirin müavini: Yaponiya hökuməti vasitəsilə Azərbaycana güzəştli kreditlər verilib</b>

Bu gün Yaponiya-Azərbaycan əlaqələri çox yüksək səviyyədədir. Azərbaycan Prezidenti də bu əlaqələrin inkişafına xüsusi diqqət göstərir

Trend-in məlumatına görə, bunu Baş nazirin müavini, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov Yaponiyanın “Fuji Optical” şirkətinin məcburi köçkünlərin görmə qabiliyyətinin yaxşılaşdırılmasında Azərbaycana yardım missiyasının 15-ci ildönümünə həsr olunan tədbirdə deyib.
Onun sözlərinə görə, Azərbaycan qısa müddətdə inkişaf edib, bu gün dünya ölkələrinin diqqəti ölkəmizə yönəlib.
Ə.Həsənov qeyd edib ki, “Fuji Optical” şirkəti Azərbaycan hökumətinin razılığı ilə 2005-ci ildən məcburi köçkünlərin və aztəminatlı insanların görmə qabiliyyətinin yaxşılaşdırılması üçün təmənnasız müayinələr aparır:
"1990-cı illərin əvvəllərində ulu öndər Heydər Əliyevin dəstəyi ilə humanitar təşkilatlar ölkəmizə gəlməsəydi, Azərbaycanda humanitar böhran olardı. Yaponiya tərəfindən Azərbaycanda çox sayda humanitar layihələr həyata keçirilib. Yaponiya hökuməti vasitəsilə Azərbaycana güzəştli kreditlər verilib".
Baş nazirin müavini yapon xalqının yüksək mədəniyyətə sahib olduğunu da söyləyib.