Son xəbərlər
22 MAY
21 MAY
DÜNYA

Pakistanda avtobus alışdı - 8 nəfər yanaraq öldü

<b>Pakistanda avtobus alışdı - 8 nəfər yanaraq öldü</b>

Pakistanda sərnişin avtobusu alışıb. Trend-in məlumatına görə, hadisə ölkənin şimalında Pencab vilayətinin Celam şəhərində baş verib.
Hərəkətdə olan sərnişin avtobusunun alışması nəticəsində azı 8 nəfərin yanaraq öldüyü, daha 4 nəfərin yaralandığı bildirilir. Yaralılar xəstəxanaya yerləşdirlib.
Ümumilikdə avtobusda 16 nəfər olub, yanğın başlayan zaman 4 nəfər pəncərədən özünü ataraq xilas ola bilib.
Avtobusun Lahordan Ravalpindiyə hərəkət etdiyi qeyd edilir.
Yanğının hansı səbəbdən baş verməsi məlum deyil. Polis araşdırmalara başlayıb.









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv