Son xəbərlər
27 MAY
26 MAY
25 MAY
24 MAY
23 MAY
İQTİSADİYYAT

KOBİA-da özünüməşğulluq proqramına cəlb olunmuş iştirakçılar üçün təlimlər keçirilir

<b>KOBİA-da özünüməşğulluq proqramına cəlb olunmuş iştirakçılar üçün təlimlər keçirilir</b>

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) əhali arasında sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, mikro və kiçik sahibkarlığın inkişafı, məşğulluqda KOB subyektlərinin payının artırılması məqsədilə özünüməşğulluğa dəstək göstərəcək

Bu dəstək 3 istiqamətdə olmaqla Agentliyin ölkənin 12 şəhər və rayonunda fəaliyyət göstərən “KOB Dostu” şəbəkəsi vasitəsilə həyata keçiriləcək. Bu istiqamətlərdən biri özünüməşğulluq proqramına cəlb olunmuş şəxslər üçün təlimlərin təşkil olunmasıdır.
Mayın 6-da KOBİA və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən Bakı şəhərində özünüməşğulluq proqramına cəlb olunmuş şəxslər üçün təlimlərə başlanılıb. KOBİA-nın inzibati binasında keçirilən təlimlər 1 ay davam edəcək. Təlimlərdə özünüməşğulluq proqramına cəlb olunmuş 15 nəfər iştirak edir. Onlara təlim çərçivəsində özünüməşğulluq proqramı, xidmət və istehsalla bağlı biznes planların hazırlanması, sahibkarlıq sahəsində hüquqi məsələlər tədris olunacaq. Təlimləri uğurla başa vuran iştirakçılara sertifikat veriləcək.
Bakı ilə yanaşı, Gəncə və Yevlax şəhərlərində, Qəbələ, Quba, Qusar və Xaçmaz rayonlarında fəaliyyət göstərən “KOB Dostu” ofislərində də özünüməşğulluq proqramına qoşularaq sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqda maraqlı olan şəxslər üçün təlimlər keçirilir. Ümumilikdə bu təlimlərdə 94 nəfər iştirak edir.
Məlumat üçün qeyd edək ki, özünüməşğulluq proqramına qoşulmaq istəyən şəxslər məşğulluq mərkəzləri ilə yanaşı, artıq Agentliyin KOB dostlarına da müraciət edə bilərlər. KOB dostları tərəfindən müraciət edən şəxslərə özünüməşğulluq proqramı barədə ətraflı məlumat verilir, onların proqrama qoşulmasına dəstək göstərilir.
KOBİA-nın özünüməşğulluğa göstərəcəyi dəstəyin digər istiqaməti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən zəruri aktivlərlə (mal, material, avadanlıq və digər əmlak) təmin olunmuş şəxslərə mikro və kiçik biznes subyektinə çevrilmələri üçün KOB dostları vasitəsilə məsləhət və digər zəruri xidmətlərin göstərilməsi ilə bağlı olacaqdır.