Son xəbərlər
26 MAY
25 MAY
24 MAY
23 MAY
SİYASƏT

Kommunal xidmət sahələri özəlləşdirilsin

<font color=red><b>Kommunal xidmət sahələri özəlləşdirilsin</b></font>

BAXCP İdarə Heyəti: “Maya dəyərinin aşağı salınması və itkilərin azaldılması üçün idarəçilik optimallaşdırılmalı, infrastruktur yenilənməlidir”

Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirilib. İclasda ictimai-siyasi vəziyyət və cari məsələlər müzakirə olunub.
BAXCP İdarə Heyəti Tarif Şurasının Azərbaycan Prezidentinin tapşırığı ilə əhaliyə satılan təbii qazın güzəştli limitini 1700 kub metrdən 2200 kub metrədək artırmaq barədə qərarına da münasibət bildirib. Qərarı təqdir edən BAXCP İdarə Heyəti yaxın gələcəkdə limitin tamamilə qaldırılmasını məqsədəuyğun saydığını bildirib və bu prosesin həyata keçirilməsinə təsir göstərə biləcək təkliflərini irəli sürüb. BAXCP İdarə Heyəti hesab edir ki, “Azəriqaz” İstehsalat Birliyinin özəlləşdirilməsi və yaxud uzunmüddətli idarəetməyə verilməsi təbii qazın maya dəyərinin aşağı düşməsinə və itkilərin azalmasına yol aça bilər: “İndiki halda təbii qazın maya dəyərinin aşağı salınması və itkilərin azaldılması üçün idarəçilik optimallaşdırılmalı, infrastruktur yenilənməlidir. “Azəriqaz” İB isə bu xərci qarşılamaq iqtidarında deyil. Bu baxımdan, İstehsalat Birliyinin özəlləşdirilməsi bu sahəyə özəl sektorun yatırımlarını təmin edə, dövlətin xərc yükünü və istehsal olunan təbii qazın maya dəyərini azalda bilər”.
BAXCP İdarə Heyətinin qənaətinə görə, “Azəriqaz” İB ilə yanaşı, digər kommunal xidmət sahələri, o cümlədən "Azərişıq" ASC də özəlləşdirilməli və ya investisiya qoyuluşu şərti ilə uzunmüddətli idarəetməyə verilməlidir.