Son xəbərlər
26 MAY
25 MAY
24 MAY
23 MAY
SİYASƏT

Deputat: Bu həqiqəti həm həmsədr ölkələr, həm də Ermənistan nə qədər tez anlasa, bir o qədər yaxşı olar

<b>Deputat: Bu həqiqəti həm həmsədr ölkələr, həm də Ermənistan nə qədər tez anlasa, bir o qədər yaxşı olar</b>

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində rəsmi Bakının mövqeyi dəyişməzdir. Münaqişə yalnız beynəlxalq normalara uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll edilə bilər

Bunu Trend-ə Milli Məclisin deputatı Bəxtiyar Əliyev Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışını şərh edərkən deyib.
Millət vəkili Prezident İlham Əliyevin iclasda Azərbaycanın münaqişə ilə bağlı mövqeyini bir daha bəyan etdiyini vurğulayıb:
“Azərbaycanın mövqeyi dəyişməzdir, bu münaqişə yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində, beynəlxalq təşkilatların qəbul etdikləri qərar və qətnamələr əsasında həll olunmalıdır. Bununla bağlı Azərbaycan lazım olan bütün addımları atıb və çalışır ki, münaqişə sülh yolu ilə həll edilsin. Əgər belə olmasa, Azərbaycan Ordusu vətəndaşlarımızın hüquqlarını qorumaq üçün Konstitusiyanın verdiyi səlahiyyətlərdən istifadə edərək Azərbaycanın ərazi bütövlüyünü bərpa edəcək. Bunu həm həmsədr ölkələr, həm də Ermənistan tərəfi nə qədər tez anlasa, bir o qədər yaxşı olar”.
B.Əliyev vurğulayıb ki, Ermənistan müharibə çağırışları edir, öz təcavüzkar siyasətini davam etdirmək istəyir və yeni ərazi iddiaları ilə çıxış edir: “Həmsədr ölkələrin bu təcavüzkar çağırışlar qarşısında sükutla dayanması qəbuledilməzdir. Ümumiyyətlə, Ermənistana qarşı təcili sanksiyalar tətbiq edilməlidir. Bu, beynəlxalq normaların tələbidir. Əks halda Azərbaycan bu təcavüzün qarşısını almağa qadirdir”.