Son xəbərlər
27 MAY
26 MAY
25 MAY
24 MAY
23 MAY
HADİSƏ

Bakının Baş planını 4 əsas prioritet təşkil edəcək - Komitə sədri

<b>Bakının Baş planını 4 əsas prioritet təşkil edəcək - Komitə sədri</b>

Bakı şəhərinin Baş planını 4 əsas prioritet təşkil edəcək

Trend-in məlumatına görə, bunu Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev Memarlar İttifaqı İdarə Heyətinin Bakı Şəhər Icra Hakimiyyəti və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə birlikdə "Bakının şəhərsalma inkişafı" mövzusunda keçirdiyi plenumda deyib.
Onun sözlərinə görə, bu prioritetlər davamlı inkişafın təmin olunması məqsədilə şəhərin tarazlı zonalaşdırılması və ənənəvi mərkəzi ilə yanaşı, alternativ mərkəzlərin və alt-mərkəzlərin formalaşdırılması, ətraf mühitin regenerasiyası, ərazilərdən səmərəli istifadə və əhalinin rahat yaşayışının təmin edilməsi, milli-mədəni irsin və şəhərin memarlıq görkəminin qorunması, mədəni həyatın zənginləşdirilməsi, şəhər iqtisadiyyatının post-sənaye dövrünə mərhələli keçididir.
S.Nuriyev qeyd edib ki, Bakı şəhərinin Baş planının hazırlanması üzrə 2 mərhələdə təşkil olunmuş genişmiqyaslı işlərin 1-ci mərhələsinə “Böyük Üçlük” adlanan dünyanın ən nüfuzlu üç strateji məsləhətçi şirkətlərindən biri – “Boston Consulting Group” şirkəti əməkdaşlığa cəlb edilib: "Aidiyyəti dövlət orqanlarının nümayəndələri və ictimai xadimlərdən ibarət olan tender komissiyasının qərarı ilə Bakı şəhərinin Baş planının hazırlanması üzrə tenderin qalibi Almaniyanın nüfuzlu “AS+P” Şəhərsalma və Memarlıq şirkəti seçildi və bununla da layihənin 2-ci mərhələsinə start verildi. Əminəm ki, bütün maraqlı tərəflər, o cümlədən aidiyyəti dövlət orqanları, ictimai birliklər, müstəqil ekspertlərin iştirakını təmin etməyimiz Bakı şəhərinin Baş planının ən yüksək keyfiyyətlə hazırlanmasına öz dəyərli töhfəsini verəcəkdir. Həm müvafiq məlumatların toplanması və inteqrasiyası, həm də gələcəkdə təsdiq olunacaq Baş planın reallaşdırılması mərhələlərində birgə işin əlaqələndirilməsi xüsusi əhəmiyyət kəsb edəcək".