Son xəbərlər
23 MAY
22 MAY
TÜRK DÜNYASI

Təkrar seçki qərarı Türkiyəni qarışdıra bilər

<font color=red><b>Təkrar seçki qərarı Türkiyəni qarışdıra bilər</b></font>

Türkiyənin Ali Seçki Qurumunun İstanbuldakı seçki nəticələrini ləğv etməsi ölkədə çaşqınlıq yaradıb

23 iyunda yenidən İstanbul Böyükşəhər Bələdiyyəsi sədrliyinə seçkilər keçiriləcək. Xatırladaq ki, martın 31-də İstanbul Böyükşəhər Bələdiyyəsi sədrliyinə keçirilən seçkilərin nəticələrinə görə, CHP namizədi Əkrəm İmamoğlu qalib gəlmişdi.
Təkrar seçkilərin keçirilməsi qərarı AKP hakimiyyətinə nə vəd edir sualına cavab tapmaq üçün politoloqların fikirlərini təqdim edirik.
Politoloq Məhəmməd Əsədullazadə bildirib ki, İstanbulda bələdiyyə seçkilərinin nəticələrinin ləğv edilməsi AKP-nin növbəti seçkilərdə məğlubiyyətinə səbəb ola bilər. İstanbulda CHP-nin namizədinin qalib gəlməsi şübhəsiz idi. Görünür, AKP və şəxsən Ərdoğanın basqıları nəticəsində YSK nəticələri ləğv etmiş oldu: “Bu qərarı,Türkiyə demokratiyasına, xalqın iradəsinə zərbə kimi qiymətləndirirəm. Bu qərar AKP-nin siyasi nüfuzuna zərbə vuracaq. Ola bilsin ki, Əkrəm İmamoğlu təkarar seçkiyə buraxılmasın. Qeyd edim ki, bu qərara keçmiş AKP-çilər Davudoğlu və Abdullah Gülün yeni partiya yaratmasını sürətləndirəcək, siyasi proseslərdə AKP-yə zərbə vuracaq. Bundan əlavə, CHP-nin ölkə üzərində siyasi reytinqi artmış olacaq.
İstanbul seçkilərinin ləğvi prezident Ərdoğanın və ətrafının bu şəhərdə böyük maliyyə imkanlarının əldə saxlanmasına hesablanıb. Təkrar seçkilərdə AKP inzibati yollarla öz namizədini qalib elan edəcək. AKP-nin sıralarından bu qəarara qarşı olanlar var. Əgər, Davudoğlu partiyasını elan edərsə, narazı siyasilər AKP sıralarını tərk edib, yeni partiya sıralarına qoşulacaq”.
Ekspert Zeynal Əmrəliyev isə bildirib ki, bir aydan çoxdur davam edən mübahisələrə son qoyuldu və prosses iqtidarın xeyrinə həll olundu. AKP seçkidə FETO terror təşkilatının barmağı olduğunu iddia edir. Əgər seçkidə həqiqətən də FETO-nun barmağı varsa: 1. Seçki bir ölkənin həyata keçirdiyi ən önəmli tədbirdir və o ölkədə iqtidarda olan hökumət seçkinin təhlükəsiz və şəffaf keçirilməsinə görə məsuliyyət daşıyır. Bu dərəcə önəmli bir seçkiyə terror təşkilatı müdaxilə edirsə bunu qabaqcadan bilmək ölkə kəşfiyyatının, daha açığı MİT-in vəzifəsi deyilmi? Bunun ölkənin ən böyük kəşfiyyat xətalarından biri olduğunu da yəgin ki razılaşa bilərik. Bəli, həqiqtən də elədir. İqdidarın tələbindən belə çıxır ki, MİT-də xeyli FETO-cu var. Onlar niyə təmizlənmir? Öz vəzifəsinin öhdəsindən gələ bilməyən MİT rəhbəri niyə istefaya göndərilmir?
2. Seçkinin düzgün keçirildiyini bəyan edən və mandatı Əkrəm İmamoğluna verən YSK niyə sonradan öz qərarını dəyişdi? Bu dərəcə məsuliyyətli bir işin öhdəsindən gələ bilməyən, Türkiyəni beynalxalq birlikdə biabır edən YSK başqanın o vəzifədə oturmağa nə qədər haqqı var?
3.Müxalifət “seçki düzgün keçirilməyəcək” deyəndə, "elə şey ola bilməz, hər şey nəzarətimiz altındadır" deyən, daxili işlər naziri Süleyman Soylunun təmsil olunduğu iqtidar seçkiyə terrorist müdaxiləsini iddia edir. Terroristlər içəridə yüz oyundan çıxanda seçkinin təhlükəsiz keçirilməsinə cavabdeh olan Soylu və onun əməkdaşları hara baxırdı? Əgər terrorist içəri girib seçki saxtalaşdırırsa məntəqələrdə də partylayış edib insanların həyatınada son qoya bilər. Əgər belə bir biabrçılıq baş veribsə Ərdoğan Soylunu istefaya göndərməli deyilmi?
4.Əgər seçkiyə terroristlər müdaxilə edibsə onlar niyə təkcə böyük şəhər bələdiyyə sədrliyinə ediblər? AK Partiyanın qalib gəldiyi bələdiyyə məclisinə və rayon bələdiyyələrinə niyə edilməyib? Əgər YSK seçkini ləğv edirsə İstanbulda bütün bələdiyyə instutlarına keçirilən seçkiləri ləğv etsə daha məntiqli olmazdımı?
İndi əsas məsələ növbəti seçki prossesinin necə keçməsidir:
1.Əsas mübarizə yenidən AK Partiya və CHP arasında keçəcək.CHP təbii olaraq seçkiyə İmamoğlu ilə gedəcək. AK Partiya çöx böyük ehtimalla Binali Yıldırımın namizədliyini irəli sürəcək. Hərçəndi, özünün son dövrlər verdiyi açıqlamalarda hiss olunur ki, artıq bu işə könülsüz yanaşır. Süleyman Soylu da istisna edilmir.
2.Seçkiyə yenidən FETO-nun müdaxilə etməyəcəyinə kim təminat verir? Hökumət verə bilməz, çünki verdiyi ilk təminatda özü-özünün yanıldığını etiraf etdi.
3.Kim seçkinin şəffaf keçiriləcəyini təminat verir? Seçkinin saxtalaşdırılacağı barədə kifayət qədər iddialar var. İqtidar cəmiyyyəti seçkinin normal keçəcəyi barədə əmin etməlidir.
4.AK Partiya daxilindəki bəzi qüvvələr Əkrəm İmamoğlunu seçkiyə buraxmamaqla barədə çağrışlar edir. Artıq belə bir fikir var ki, həqiqətən də YSK İmamoğlunun namizədliyini yenidən qeydə almayacaq. Bu Türkiyədə müxalifətlə iqtidar arasındakı mübarizəni şiddətləndirib küçə savaşı halına salacaq. Hətta mümkündür ki, əvvəlki dövrlərdəki kimi universtetlərdə də sollarla dindar kəsim arasında qarşıdurmalar yaşansın.
Seçkilərdən sonra Türkiyəni gözləyən durumu dəyərləndirəcək olsaq:
1.Seçkinin qalibi yenidən Əkrəm İmamoğlu olur. Bu zaman artıq iqtidarın deyəcəyi bir şey qalmır, başqa vasitələrlə İmamoğlunun səlahiyyətini məhdudlaşdırmaq vasitəsinə əl atırlar. Növbəti müddət iqdidar-müxalifət mübarizəsi yerli və mərkəzi hakimiyyət orqanları simasında davam edir. Bu AK Partiyanın nüfuzunu yerlə bir edir. Ancaq Türkiyə demokratiyası adına böyük uğur sayılır.
2.Seçkinin qalibi bu dəfə iqdidarın namizədi olur. Müxalifət iqtidarı seçkini saxtalaşdırmaqda ittiham edir. Dünya miqyasında Türkiyəyə baxış dəyişilir. Mövcud iqtidar müxalifətin etirazından istifadə edir və demokratiyanı daha da məhdudlaşdırmaq siyasəti aparılır. Ölkədə siyasi vəziyyət gərginləşir.
Bu hadisə Türkiyədə xalqın səsinə inamsızlığın, seçkilərə şübhəli yanaşmağın əsasını qoydu. Artıq Türkiyədə keçirilən seçkilərdə zaman-zaman uduzan tərəfin səslərin yenidən hesablanması və seçkinin yenidən keçirilməsi barədə tələbinin şahidi olacağıq. Uzun zamandır hərbi çevriliş xəstəliyi ilə mübarizə edən və yenicə sağalan Türkiyədə indidə bu cür xəstəliyə yoluxdular. Bu kimi qalmaqallar, rəqibinin qalibiyyətini qəbul etməmək Türkiyədə gələcəkdə qarşısı alınmaz gərginliklərə səbəb ola bilər. Bu hadisədən sonra Davudoğlu-Gül-Babacan birliyinin yeni partiya qurmaq planı daha sürətlə işləyəcək. Onların sırası hətta daha da genişlənəcək. Çünki bu hadisədən narazı olan xeyli sayda partiya üzvü var.
Digər ekspert Rusif Məmmədsoyun fikrincə isə, bu zaman 31 martda Binəli Yıldırıma səs verənlərin də böyük bir qismi Əkrəm İmamoğluna səs verəcək. Çünki, İmamoğlunun gəlişindən sonra İstanbulda müsbətə doğru bir sıra qərarlar qəbul edilib. Məsələn, İstanbulda su ucuzlaşıb, nəqliyyat vasitələrindən insanların böyük əksəriyyəti çox aşağı və ya ümumiyyətlə pulsuz istifadə edə biləcək. Lakin bütün bu qərarlar bələdiyyə məclisində müzakirəyə qoyulduqdan sonra qəbul ediləcək. İstənilən halda İmamoğlu seçkiqabağı kampaniyası zamanı səsləndirdiyi şüarı reallaşdırır. Belə ki, İmamoğlu deyirdi ki, "AKP-dən belə səs alacam". İndiki vəziyyətdə görürük ki, həqiqətən də artıq AKP dəstəkçiləri belə təkrar seçki olarsa ona səs verəcəklər.
Rəcəb Tayyib Ərdoğan bu məsələdə bu qədər qalmağının əsas səbəbi İstanbul kimi dünyanın ən böyük şəhərlərindən olan bir bölgəni müxalifətə vermək istəmir. Çünki, İstanbul Türkiyə üçün olduqca vacibdir. Hansı ki, Ərdoğanın bu şəhərlə bağlı çox böyük planları vardı. Lakin bu planları müxalifət üzvü ilə reallaşdırmaq çətin məsələdir. Bu mənada əlindən gələni edir ki, İstanbulu geri qaytarsın. Amma İstanbul artıq əldən gedib. İstər YSK yenidən seçki təyin etsin, istərsə də seçki saxtakarlığı olsun xalq İmamoğlunu o postdan göndərməyəcək. Bunu əminliklə deyə bilərik.
Əgər ikinci seçki keçirilsə Binəli Yıldırımın namizədliyi qalacaq. Lakin B.Yıldırım özü də yorulub və seçkini bitmiş hesab edir. Bu səbəbdən də hər şey AKP-nin istədiyi məcrada davam etsə belə düşünmürəm ki, Binəli Yıldırım qalib gələ bilsin.
Bundan əlavə seçkinin nəticələri də artıq bəllidir ki, hər hansı müdaxilə olmazsa İmamoğlu yenidən qalib gələcək, özü də çox böyük üstünlüklə. Belə olduğu təqdirdə YSK niyə buna getsin? Əks halda İstanbulda vətəndaş qarşıdurmasına gətirəcək bu hadisə. Xüsusilə də iqtisadi böhran daha da dərinləşə bilər. Türk lirəsinin dollar qarşısında dəyəri 7+ ötə bilər. Hesab edirəm ki, Qərblə münasibətlərin çətin olduğu zamanda məhz Ərdoğan buna getməməlidir. İstənilən halda İmamoğlu İstanbulun yeni bələdiyyə sədridir və gələcəkdə cumhur başqanı olmağa əsas namizədlərdən hesab edilir.
Cavid









FOTOSLAYD

ƏDƏBİYYAT
GÜNDƏM
Güney Azərbaycan
TRİBUNA
Arxiv