Son xəbərlər
27 MAY
26 MAY
25 MAY
24 MAY
23 MAY
HADİSƏ

Rusiyanın “Biznes dialog media” qrupu Azərbaycanda müxbir postu yaradır

<b>Rusiyanın “Biznes dialog media” qrupu Azərbaycanda müxbir postu yaradır</b>

Mayın 6-da Rusiyanın “Business-Dialog Media” nəşriyyat və kommunikasiya qrupu ilə Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyi (DFJD) arasında əməkdaşlıq sazişi imzalanıb. “Business-dialog media” nəşriyyat və kommunikasiya qrupu “World Business Guide Azerbaijan” jurnalını nəşr etməyə hazırlaşır. Bu, dünyaya yayılacaq ilk “Dünya Biznes Bələdçisi” olacaq. Jurnal Azərbaycanın Rusiya ərazisində daha geniş məkanda tanınmaq imkanı yaratmağı planlaşdırır. Həmçinin məqsəd Azərbaycanın Rusiya və digər dövlətlərlə işgüzar münasibətləri haqqında məlumat verməkdir. Razılaşma nəşrdə işləyənlərdən ibarət olan ilk jurnalist birliyi formalaşdıracaq. Payızda nəşriyyat-kommunikasiya qrupunun Azərbaycanda rəsmi təmsilçiliyin-müxbir postunun açılması planlaşdırılır.