Son xəbərlər
26 MAY
25 MAY
24 MAY
23 MAY
MƏDƏNİYYƏT

Şuşanın işğalına həsr olunmuş tədbir təşkil edilib

<b>Şuşanın işğalına həsr olunmuş tədbir təşkil edilib</b>

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Hövsan Mədəniyyət Sarayı M.A.Əliyev adına Mədəniyyət evi ilə birgə Şuşanın işğalına həsr olunmuş tədbir təşkil edib

Baş İdarədən AZƏRTAC-a bildirilib ki, dəyirmi masa işğal zamanı şəhid olmuş soydaşlarımızın ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Sonra Azərbaycanın dilbər guşələrindən olan Şuşanın işğalı barədə məlumat verilib. Bildirilib ki, 1992-ci il mayın 7-dən mayın 8-nə keçən gecə Qarabağın dilbər guşəsi Şuşa şəhəri erməni silahlı biləşmələri tərəfindən işğal edilib və yerli əhali qəddarlıqla öldürülüb.
Sonda Suraxanı rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 4 saylı filialının xalqımızın başına gələn faciələrə həsr olunmuş kitablardan ibarət təşkil etdiyi sərgiyə baxış keçirilib.